Bu gün səhər saatlarında naməlum avtomobil Brüsseldə yerləşən Kriminalistika institutunun qapısına çırpılıb.
Hadisədən dərhal sonra avtomobildə olan şəxslərdən biri partlayıcı qurğunu işə salıb.
Partlayışdan sonra hadisə yerində yanğın baş verib.
İnsident zamanı xəsarət alanların olmadığı bildirilir.




