Belçikanın paytaxtı Brüsseldə səhiyyə sektoru, uşaq və qocaların qayğısı kimi müxtəlif sahələrdə çalışan minlərlə insan maaşlarını və iş şəraitini yaxşılaşdırmaq üçün nümayiş keçirib.
Elchi.az xəbər verir ki, Belçikada işçi həmkarlar ittifaqının çağırışı ilə xüsusilə səhiyyə və sosial xidmətlər sahəsində çalışan minlərlə insan Brüsselin Şimal Vağzalının qarşısında bir araya gəlib.
Nümayişçilər həmkarlar ittifaqının yaşıl, qırmızı və mavi bayraqlarını geyərək, jiletlərini geyinərək bir neçə kilometr aralıda yerləşən Cənub Dəmiryolu vağzalına doğru irəliləyiblər.
Nümayişdə xüsusilə xəstəxanalar, yaşlı və uşaq baxımı xidmətləri, sosial yardım kimi sahələrdə çalışan işçilər iştirak ediblər.
Etirazçılar büdcədən səhiyyə və sosial xidmətlərə daha çox vəsait ayrılmasını tələb ediblər.
Nümayişçilər daha çox işçilərin işə götürülməsini, iş şəraitinin yaxşılaşdırılmasını, maaşlarının artırılmasını və iş yükünün yüngülləşdirilməsini tələb ediblər.
Etirazçıların ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb.
Yürüşlə əlaqədar şəhərin mərkəzi ərazilərində bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb.
Nuranə Məmmədova





