Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 2-də mitinq keçirməklə bağlı müraciətini cavablandırıb.
Meriya mövcud epidemioloji vəziyyətlə əlaqədar respublika ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etdiyini nəzərə alaraq, mitinqin keçirilməsini məqsəduyğun saymayıb.
Qeyd edək ki, Milli Şura aprelin 2-də saat 15:00-17:00-dək Bakı şəhəri, Yasamal rayonunda yerləşən keçmiş “Məhsul” stadionunda, metronun “Nərimanov” stansiyası yanındakı parkda və “Ukrayna” dairəsində mitinqin keçirilməsi üçün yer ayrılması üçün üçün BŞİH-ə müraciət edib. Milli Şura Ukraynanın ərazi bütövlüyünə dəstək məqsədilə mitinq keçirməyi planlaşdırmışdı.






