"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

BTC-ni üç ölkənin nəzarətində

25 Sentyabr 2014 - 09:00
in Banner, GÜNDƏM, ÖNƏMLİ, SİYASƏT

Boru kəmərlərinin mühafizəsi üçün Azərbaycan, Türkiyə və Gürcüstan birgə briqada formalaşdırır img1605309

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Tiflis yaxınlığındakı Krtsanisi təlim mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə kompüter komanda-qərargah təlimləri keçirilir.

Bu haqda “Kommersant” qəzeti yazıb. “Təlimlərin məqsədi boru kəmərlərinin mühafizəsində strateji tərəfdaşlıq üçün çoxmillətli briqadanın formalaşdırılmasıdır” deyə, Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Mənbə deyib ki, söhbət ilk növbədə Gürcüstan ərazisindən keçən Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərindən gedir.
Çoxmillətli briqadanın formalaşdırılmasına dair razılaşma Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin bugünlərdə Naxçıvanda keçirilmiş görüşündə əldə olunub. Nazirlər boru kəmərlərinin mühafizəsi üçün birgə səyləri, o cümlədən üç ölkənin hərbçilərindən təşkil olunmuş briqadanın formalaşdırılmasını müzakirə ediblər. “Kompüter komanda-qərargah təlimlərinin məqsədi birləşmiş silahlı qüvvənin yaradılması istiqamətində birinci addımdır” deyə, Gürcüstanın “Arsenali” hərbi-analitik mərkəzinin baş redaktoru İrakli Aladaşvili bildirib.
İrakli Aladaşvili deyib ki, zərurət yaranarsa, çoxmillətli briqada neft kəmərini bilavasitə Gürcüstan ərazisində mühafizə edəcək. Ekspertin qənaətinə görə, BTC-nin Gürcüstan ərazisindən keçən hissəsinin mühafizəsinə çoxmillətli briqadanın cəlb edilməsində təəccüblü heç nə yoxdur. Çünki 2008-ci ilin avqust müharibəsi zamanı boru kəməri Rusiya aviasiyasının hücumuna məruz qalmışdı.
“Ona görə də kəmərin mühafizəsi üçün üç ölkənin birgə briqada formalaşdırması məntiqlidir”  deyə, ekspert bildirib.
Xatırladaq ki, müdafiə nazirlərinin Naxçıvanda keçirilən görüşünün ardınca və Bakıda yeni strateji boru kəmərinin – Cənub qaz dəhlizinin əsasını təşkil edəcək TANAP-ın təməlinin qoyulması ilə bir vaxtda Azərbaycan və Türkiyə silahlı qüvvələrinin irimiqyaslı birgə manevrləri təşkil olunmuşdu. Bu manevrlərin yekun hissəsində Türkiyənin hərbi hava qüvvələri, o cümlədən “F-16″ təyyarələri qatıldı. Manevrlərdə Türkiyə və Azərbaycan hərbi qüvvələrinin birgə döyüş əməliyyatları keçirməsi sınaqdan çıxarıldı.
Belə görünür ki, bu manevrlər Ermənistanın Qarabağda mümkün müharibə zamanı Azərbaycan ərazisində strateji neft-qaz kəmərlərinin hədəf alınacağına dair ayrı-ayrı vaxtlarda səsləndirdiyi hədələrə tutarlı cavabdır.
Başqa sözlə, BTC və digər strateji əhəmiyyətli nəql kəmərlərinin sahibləri-Azərbaycan,Gürcüstan və Türkiyə həm birgə manevrlər, həm çoxmillətli hərbi birləşmənin formalaşdırılması ilə mesaj verir ki, bu kəmərləri hədəf almaq heç də sadə məsələ olmayacaq.
Qeyd  edək ki, Azərbaycan və Türkiyə Hərbi-Hava Qüvvələrinin birgə təlimləri davam edir.
Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 24-də  təlimlərdə iştirak edən Azərbaycan Hərbi-Hava Qüvvələrinin pilotları ilk dəfə olaraq ikiyerli döyüş-təlim “F-16″ tipli qırıcı təyyarələrində Türkiyə pilotları ilə birgə uçuşlar yerinə yetiriblər.
Təlim uçuşları zamanı pilotların bu tip təyyarələrin idarə olunması üzrə peşəkar bacarıqları və uçuş heyətinin ümumi hazırlığı yoxlanılıb.
Hərbi Hava Qüvvələrinin təlimləri oktyabrın 3-dək davam edəcək.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Leyla Yunus döyülüb?

Next Post

“Rusiya süqut etsə, dünya uduzacaq…”

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Next Post

“Rusiya süqut etsə, dünya uduzacaq...”

“Azərbaycan səmasında” Madriddə

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.