Dekabrın 14-ü saat 11:00-a olan məlumata əsasən bəzi yerlərdə yağış yağıb, Lənkəran-Astara zonasında yağıntı intensiv olub.
Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, düşən yağışın miqdarı Lənkəranda 21.0 mm, Astarada 8.0 mm, Zərdab, Salyan, Hacıqabul, Neftçalada 3.0 mm, Biləsuvar, Lerik, Xaçmazda 2.0 mm, Quba, Naftalan, Şəmkir, Ağdam, Bərdə, Yevlax, İmişli, Cəfərxanda 1.0 mm-dək, Bakıda 2.0 mm, Sumqayıtda 1.0 mm-dək olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7°-dək isti, aran rayonlarında 6-9° isti, dağlıq rayonlarda 2-4° şaxta, Naxçıvan MR-da 0-6° şaxta təşkil edib.





