"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Bu adam Azərbaycan siyasətini çirkləndirənləri “tənqidçi bloqer” adlandırır”

09 Sentyabr 2020 - 11:18
in SİYASƏT

Qüdrət Həsənquliyev: “Budur çoxsifətli Əli Kərimli. Ona görə də nə qədər ki, o söyüşçülərlə öz arasında sərhəd qoyub onları lənətləməyəcək, cəmiyyət haqlı olaraq onu söyüşçülərin “mənəvi atası” hesab edəcəkdir”

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin “Xalq Cəbhəsi”nə müsahibəsini oxucularımıza təqdim edirik

– Qüdrət bəy, sosial şəbəkələrdə Avropada gizlənmiş, Əli Kərimlini müdafiə edib başqalarını söyən bir qrup ünsürlərin cinayət məsuliyyətinə cəlb edilib barələrində axtarış elan olunması ilə bağlı qərara Əli Kərimlinin münasibəti Sizi qane etdimi?

– Mən onun fikirləri ilə tanış oldum. Olduqca qeyri-səmimi, həm də ozünü ifşa edən bir yanaşma idi. Misal üçün, bu adam deyir ki, “mühacirətdə fəaliyyət göstərən blokçulara müraciət edirəm ki, söyüşü siyasi mübarizədə vasitə etmək məqbul deyil, çünki hökumətə faydalıdır. Azərbaycan siyasəti söyüşlərlə çirkləndirilirsə, bu iqtidarın ömrünü uzadır. Ona görə ki, sivil müstəvidə hökumət zəifdir”.

Belə olduğu təqdirdə, bu adamdan soruşmaq lazımdır ki, əgər səmimisənsə, bəs niyə iqtidarın ömrünü uzadanlarla öz aranda sərhəd qoymursan? Niyə bir dəfə də demədin ki, mən onların fəaliyyətini pisləyirəm, qınayıram. Belə insanlara bizim aramızda yer ola bilməz və onlar gec-tez layiq olduqları cəzanı alacaqlar. Axı, sən bilirsən ki, böhtan və təhqir cinayət məsuliyyəti yaradan əməllərdir. Amma əvəzində həmin adamları tənqidçi bloqer adlandırdı və qorxmamaları, eyni zamanda başqalarına stimul vermək üçün qeyd etdi ki, Qərb onları heç zaman Azərbaycana verməyəcək. Söyüşçülərin axtarışa verilməsini isə həm də onunla əlaqələndirdi ki, “hökumət bununla mühacirətdə olan digərlərinin sərt mövqedən iqtidarı tənqid etmisinin qarşısını almaq istəyir”. Bu adam, özünün ifadəsi ilə desək, Azərbaycan siyasətini çirkləndirənləri tənqidçi bloqer adlandırır. Budur çoxsifətli Əli Kərimli. Ona görə də nə qədər ki, o söyüşçülərlə öz arasında sərhəd qoyub onları lənətləməyəcək, cəmiyyət haqlı olaraq onu söyüşçülərin “mənəvi atası” hesab edəcəkdir.

– Siz necə qiymətləndirdiniz söyüşçülərin axtarışa verilməsini?

– Bu çoxdan edilməli idi. İnsan heç zaman şəxsi ləyaqətini itirməməlidir. Hətta hüquqlarının pozulduğunu, əsassız təqib olunduğunu düşünürsə belə. Qanunsuzluğa qarşı qanunsuzluq yalnız ictimai qınaq və hiddət doğurur. Nə cümləsinin mübtəda xəbəri söyüşlə başalayıb qurtaranlar, nə də bu cür elementlərdən istifadə edənlər heç vaxt sivil cəmiyyət qura bilməzlər. Onların söyüşlərinə qulaq asanlar isə əsasən özlərinin, yarınmaq istədiklərinin və sifariş verənlərin arvad-uşaqlarıdır. Qırmızı xətti keçənlər əmin olsunlar ki, Azərbaycanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, gec-tez layiq olduqları cəzanı alacaqlar.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əfqanıstanın 1-ci vitse-prezidentinə sui-qəsd: 2 nəfər ölüb, 7 nəfər yaralanıb

Next Post

İlqar Məmmədova 234 min kompensasiya ödənildi

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
İlqar Məmmədova 234 min kompensasiya ödənildi

İlqar Məmmədova 234 min kompensasiya ödənildi

Quba Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinə cinayət işi açıldı

Quba Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinə cinayət işi açıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.