“Intiqam Əliyevin də azadlığa çıxmasını çox müsbət addim kimi qiymətləndirik. Biz bir pariya olaraq ilk gündən bu insanların həbsdə saxlanmasının əleyhinə olmuşuq. Ümümiyyətlə, onların həbsə alınmasının əlehydarı olmuşuq. BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev daim Millə Məclisdə, mətbuatda və s. tribunalardan istifadə edərək bu çağrışları edib.”
Bunu hüquq müdafiəçisi İntiqam Əliyevin azadlığa çıxması ilə bağlı acıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, bu adamların həbsdə qalması Azərbaycan dövlətinin əleyhinə işləyib:
“Reallıq o idi ki, bu faktordan istifadə olunaraq Azərbaycan dövlətinin əleyhinə işlər aparılırdı. Dövlətimizin milli maraqlarının açıq-aşkar əleyhinə olan, bunu fəaliyyətində gizlətməyən və daim erməni diasporasına xiddmət edən bir neçə beynəlxalq təşkilatlar da bundan isifadə edərək Azərbaycanın əleyhinə kampaniya aparırdılar. Hətta daxildə olan bəzi siyasi təşkilatlar və bir neçə QHT var idi ki, bu insanların həbsdən azad edilməsində maraqlı deyildilər. Prezident İlham Əliyev həm bu addımı ilə beynəlxalq təşkilatların, həm də daxildə olan bəzi insanların əlindən arqumentlərni almış oldu. Bilirsiniz ki, İnsan hüquqları məsələləri üzrə birgə İşçi Qrupu yaradılıb. Novruz bayramı münasibəti ilə verilən əfv siyahısında İşçi Qrupunun təqdim etdiyi 24 nəfərilik siyahının böyük əksəriyyəti bu gün azadlığa qovuşub.”




