"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bu AFFA düzələn deyil

12 Yanvar 2015 - 11:49
in KÖŞƏ YAZILARI

Natiq MUXTARLI

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

AFFA rəhbərliyi “islahatlara başlayırıq” deyib, Məşqçilər Komitəsini yaradarkən, U-21-ə baş məşqçi axtararkən Komanda.az saytındaNatiq.M yazmışdıq ki, qurum rəsmiləri Nazim Süleymanovu kənarda saxlayacaqlarsa, bu, onların gördüyü işlərin sağlam düşüncəyə əsaslanmadığını sübut edəcək. Süleymanovun kənarda qalması AFFA-da intriqaların hələ də davam etməsinin göstəricisi olacaqdı. Elə biz deyən oldu.

O da məlum oldu ki, bu AFFA düzələn deyil. U-21-ə Yaşar Vahabzadə baş məşqçi təyin edildi. Elə bu U-21-i rəzil duruma salan Bernhard Lippertin köməkçisi Yaşar Vahabzadə. Tam məntiqsiz bir qərar qəbul etdi AFFA. Yaşar Vahabzadənin qabında nəsə vardısa, elə onu Lippertə verərdi, o da U-21-ə “yedizdirərdi”.

Nazim Süleymanovun Azərbaycan futbolunun iki bəlası – Elxan Məmmədovla Ramin Musayevin arasında gedən intriqanın qurbanı olduğu barədə bir dəfə Komanda.az-da yazmışıq. Yəqin ki, bir dəfə də yazmalı olacağıq. Ancaq indilikdə onu demək istəyirik ki, yeni yaradılan Məşqçilər Komitəsi də Elxan Məmmədovun intriqalarına züy tutmaqla məşğul olacaq. Bunu Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev özü deyib. Hacıyev “Futbol+” qəzetinə verdiyi açıqlamada yenə də Nazim Süleymanovun “bostanına daş atıb”. Özü də çəkisindən yekə “daş”. Aydın görünür ki, bu “daş”ı ona AFFA-nın baş katibi Elxan Məmmədov verib. Elxan Məmmədov Yaşar Vahabzadənin təyinatından sonra ictimai rəydə “niyə Süleymanov yox, Vahabzadə” sualının hakim olduğunu görüb, Hacıyevə “daş” verib. Hacıyev onun-bunun verdiyi “daşlar”ı atmaqda pərgardı axı. Vaxtiylə beşqat hacı Sadıq Sadıqovun da verdiyi “daşlar”ı atmışdı Nazim Süleymanova. Onda Süleymanov Sadıq Sadıqovu da, onun ətrafını da sarsıdıcı məğlubiyyətə uğradıb, istefa vermişdi “Neftçi”dən. Hacıyev heç vaxt belə ləyaqətli gedişləri qəbul etməyib. Elə ona görə indi də böyük məmnuniyyətlə baş katibin verdiyi “daş”ı Süleymanova tərəf atıb. Adam elə belə də deyib:

“Bu gün hamını bir sual düşündürür: niyə U-21 Nazim Süleymanova tapşırılmadı? Ola bilsin, kimsə yaxşı oğlandı. Ancaq yaxşı oğlan yaxşı məşqçi demək deyil axı. Məsləhət olsaydı, Süleymanovu yenidən əsas milliyə qaytarardılar”.

Sonuncu cümlədən “daş”ın Elxan Məmmədova məxsus olduğu sezilir. Amma əvvəlcə Böyükağa Hacıyevin “yaxşı oğlan yaxşı məşqçi demək deyil” atmacasına cavab.

Böyükağa müəllim, Süleymanov həm sizdən yaxşı oğlandı, həm də sizdən yaxşı məşqçidi. Futbolçu kimi isə necə olduğunu qabartmayaq. Sizə sərf etməz. Nöşün ki, futbolçu Süleymanov cibində yüz yox ha, min Hacıyev gəzdirərdi.

Gələk məşqçi məsələsinə. Süleymanov AZAL-a kasad büdcəylə avrokuboklara vəsiqə qazandırdı. Siz isə eyni büdcəyə sahib “Standard”ı dağıtdız.

Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov “Publika.az”a verdiyi müsahibədə “yeni yaradılan qurumda intriqalar olacaqmı” sualına “bir müddətdən sonar hər kəsin iç üz açılacaq” cavabını vermişdi.

Vaqif müəllim, artıq iç üzlər açılır. Yerli mütəxəssislər həmişə savadı və ləyaqətiylə seçilən, öz sözü olan həmkarlarına qısqanclıqla yanaşıblar. Həmişə Qurban Qurbanovun, Nazim Süleymanovun arxasınca danışıb, paxıllığını çəkiblər. Vaqif müəllim, o da bəyan olur ki, Məşqçilər Komitəsi elə baş katibin oyuncağıdı. Komitənin əsasnaməsinin 2.10-cu bəndində göstərilib ki, komitə üzvləri mətbuatla əlaqələri AFFA vasitəsiylə həyata keçirməlidi. Bu gün komitə üzvü Böyükağa Hacıyev mətbuatda Nazim Süleymanovla bağlı hətərən-pətərən danışırsa, deməli, bu məsələ AFFA ilə razılaşdırılıb.

Sizin komitəyə bir “quş”, Vaqif müəllim. Bundan sonar o komitədə ya Böyükağa Hacıyev qalmalıdı, ya da Sadıqov, Mircavadov, Diniyev. Onunla bir komitədə qalacaqsızsa, deməli, eyni fikirləri və əqidəni bölüşürsüz. Nə bu AFFA, nə də azərbaycanlı mütəxəssislər düzələn deyil. Sizə uğurlar!

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Netanyahu Parisdə hamıdan fərqləndi

Next Post

Pan Gi Mun: “Müsəlmanlara qarşı repressiya yolverilməzdir”

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Pan Gi Mun: "Müsəlmanlara qarşı repressiya yolverilməzdir"

Olland Davudoğlunu pərt elədi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.