Bu avtobusların hərəkətində dəyişiklik edilib – Siyahı

>

Bakı Nəqliyyat Agentliyinin (BNA) qərarı ilə Bakı ətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 9 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib.

Bunu da oxuyun

BNA-dan “APA-Economics”ə verilən məlumata görə, məqsəd bu ilki çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş gəlişini təmin etməkdir.

Mövsümü xarakterli dəyişikliyə əsasən 1 iyun tarixindən:

– 107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Buzovna” çimərliyinə,

– 172 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Bilgəh” bağlarına,

– 173 nömrəli marşrut xətti üzrə avtobuslar “Pirşağı” bağlarına və çimərliyinə,

– 179 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar Süleyman Sani Axundov küçəsindən “Qızılqum” sanatoriyasına,

– 189 nömrəli müntəzəm marşrutdan 1 ədəd avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhiş” bağlarına,

– 141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin “Sahil” çimərliyinə,

– 108 və 134 nömrəli marşrut xətti avtobuslar “Görədil” və “Fatmayı” bağlarına,

– 210 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə “Türkan” bağlarına qədər fəaliyyət göstərəcək.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728