Bu bankların əmlakları satışa çıxarılacaq

>

“Ləğvetmə prosesində olan bankların əmlaklarının qiymətləndirilməsi prosesi başa çatıb. Əmanətlərin Sığortalanması Fondunda bununla bağlı akt var”.

Bunu da oxuyun

“APA-Economics” xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, ləğvetmə prosesində olan bankların əmlaklarının satılması prosesi şəffaf qaydada, hərraclar yolu ilə həyata keçiriləcək: “Ləğvetmə prosesində olan bankların çox sayda əmlakları var, bunların əksəriyyəti kiçik əmlaklardır. Hazırda biz iki hərrac mərkəzi ilə danışıqlar aparırıq. Məhkəmə qərarı olandan sonra ləğvetmə prosesində olan bankların əmlakları satışa çıxarılacaq. Hərracları Kreditorlar Komitəsi də izləyə biləcək. Əmanətlərin Sığortalanması Fondu hərraclar vasitəsi ilə satılan əmlaklar barədə rübdə bir dəfə Kreditorlar Komitəsinə məlumat veriləcək”.

Elchi.az

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728