"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Bu cinayətin başında Ramiz Mehdiyev durur…” – Xalq artisti

30 Dekabr 2022 - 13:33
in MÖVQE

Bir neçə gün əvvəl Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tanınmış aktrisa, Xalq artisti Şəfiqə Məmmədovanın yenidən sözügedən qurumun sədri seçilməsi barədə məlumat yaydı. Bu məlumatdan dərhal sonra tanınmış kinorejissor Əbdül Mahmudbəyov Ş.Məmmədovanın özünü ikinci dəfə sədr elan etməsinin qeyri-qanuni olması barədə bəyanat verdi. Xalq artisti bunu onunla əlaqələndirdi ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri yalnız qurultayda seçilməlidir. Qurultay keçirilməyibsə Şəfiqə Məmmədovanın yenidən sədr seçilməsi qeyri-qanunidir…

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, Redaktor.az rejissorla bu barədə söhbət edib.

Həmin müsahibəni təqdim edirik:

– Əbdül müəllim, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında son günlər baş verənləri necə dəyərləndirirsiniz?

– Onlar artıq yaddan çıxıb, o qədər kif atıblar ki, ilan kimi xalqı çalıblar. Artıq dövlət təşkilatlarını, ictimai təşkilatları bunlar öz xüsusi mağazaları, malları hesab edir. Elə bil bura onların şəxsi ofisi, ya da xüsusi ticarət mərkəzidir. Kino qalıb bir tərəfdə, kinoçular qalıb pis gündə, kino adı ilə özləri üçün təşkilat açıb kef edirlər. Dövləti, ictimaiyyəti aldatmaq, çapmaq, talamaq, sex kimi lazımi təşkilatlardan istifadə etmək və sair. Bu adamlar o qədər çaşıb, qudurublar ki, kino camaatı acından ölür, beş manat pul tapmır, amma kinoya ayrılan pul da gəlib kinoya çatmır. Yolda ora-bura sərf olunur, it-bat olur. Kino camaatı da qalıb soyuq divarlar arasında, 1001 müsibətlə kinostudiyanı yaşatmaq üçün dilənə-dilənə kino çəkirlər… Dövlət başçımız sağ olsun ki, kinomuzu yaşatmaq üçün hər il pul ayırır. Əslində heç bir dövlət kinoya pul ayırmır, əksinə, kinodan pul qazanır. Sağ olsun Prezidentimiz, kinomuzu xilas etmək və yaşatmaq üçün pul ayırır, amma o da kinostudiyaya gəlib çatmır. Böyük-böyük zallar nəyə lazımdır? Zəhmət çəksinlər, kinostudiyada çoxlu boş otaqlar var, onları icarəyə verib pul qazansınlar, kinoya xərcləsinlər. Amma hərə özü üçün bir sex, nə bilim xanə düzəldib, plan qurub kino adı ilə kef edirlər. Kinoçular da pis gündə yaşayır.

– Bildiyiniz kimi, ötən günlərdə mətbuatda belə bir informasiya yayıldı ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının iclası keçirilib və Şəfiqə Məmmədova yenidən sədr seçilib. Bu barədə nə düşünürsünüz? Qurultay keçirilmədən sədr seçkilərinin baş tutması nə dərəcədə doğrudur?

– Bu ittifaq ictimai təşkilatdır, qurultay yolu ilə yaranıb. O vaxt Rüstəmin (red. Rüstəm İbrahimbəyov – Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri) siyasiləşməsi ilə burada bir anlaşılmazlıq yarandı. Rüstəmin günahlarına görə, hökumət evindən bizi çıxardılar. Sonradan il dəyişdi, ay dolandı birtəhər bunu saxladıq. Plan etdik ki, heç olmasa İttifaq yaşasın. Bir müddət sonra hansısa yol ilə Rüstəm təzədən qayıtdı, gəlişi ilə də Azərbaycan kinosuna başqa bir ziyan vurdu . İkinci Kinematoqrafçılar İttifaq yaradıldı. Bir qalmaqal orada, biri də burda. Kinematoqrafçılar İttifaqı ictimai təşkilatdır. Bunun Nizamnaməsində beş ildən bir qurultay, ya konfrans keçirilir və orada İdarə Heyəti yığılır. Beş illik sədrin və İdarə Heyətinin fəaliyyəti müzakirə olunur, sədr hesabat verir. Ondan sonra müzakirələr gedir və müzakirələrdən sonra fərdi çıxışlar, təkliflər dinlənilir və sonda seçim olur. Seçim keçirilir, bülletenlər paylanılır, açıq səsvermə yolu ilə sədr və İdarə Heyəti seçilir. Onları da İttifaqın üzvləri – kino xadimləri seçirlər, hətta İdarə Heyəti öz aralarında sədr seçmək səlahiyyətini də qurultaydan almalıdır.

– Deyirsiniz ki, Şəfiqə Məmmədova özünü qeyri-qanuni olaraq sədr elan edib. Bu barədə rəsmi harasa şikayət etmisinizmi?

– Mən Ədliyyə Nazirliyinə bu barədə müraciət etdim. Hətta orada iştirak edən ittifaqın idarə heyətinin üzvləri bəyanat verdilər ki, bu seçim düz deyil və dövlətin də xəbəri yoxdur. Təsəvvür edirsinizmi, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh xanım Əliyevanın, Mədəniyyət Nazirliyinin kino şöbəsinin bu işdən xəbəri yoxdur. Ona görə də, Şəfiqə Məmmədovanın bu addımı barədə həm hüquqi, həm siyasi, həm də mənəvi mənada çox ciddi ölçülər götürülməlidir və nəhayət, hər kəs elədiyi günahın cəzasını çəkməlidir. Bu Şəfiqənin ümumiyyətlə bu ittifaqa nə aidiyyəti var? 50 il əvvəl teatrda işləyib, sonra da teatrı atıb çıxıb gedib. Ondan sonra da ki, hamısı Fatma Abdullazadənin, Ramiz Mehdiyevin o vaxtı Rüstəmə qarşı qurduqları bir tələ, oyun idi. O vaxt Prezident Administrasiyasından şəxsən Əli Həsənov məni çağırdı. Mən getdim, görüşdüm, Rüstəm aləmi qatıb qarışdırdığı üçün orda məsləhət, müzakirə etdik. Mən dedim ki, bu ittifaqı qoruyub saxlamaq üçün Eldar Quliyev sağdır, Azərbaycan kinosunun korifeyi, ağsaqqalı və dahi bir şəxsiyyətidir, qurultay keçirək, onu sədr seçək. 15 gün sonra heç kəsdən xəbərsiz yığılıblar: Ramiz, Fatma Abdullazadə Əli Həsənov və daha kimlər, kimlər. Elə onlar da Şəfiqəni sədr seçiblər. Bəs, Eldar Quliyev niyə sədr seçilmədi? Şəfiqəni seçəndə soruşan olmadı ki bu adamın kinoya nə aidiyyəti var? Bu cinayətin başında Ramiz Mehdiyevlə Fatma Abdullazadə durur. Hamısını onlar etdilər. Hər şeyi onlar qatıb qarışdırdılar.Yəni bu cinayət, təxribat səviyyəli bir xəyanətdir. Bu, təcili surətdə durdurulmalıdır. Orada ciddi yoxlamalar aparmalıdır.

– Siz uzun illər bu işin içində olmusunuz, necə düşünürsünüz, dövlət tərəfindən kino sahəsinə ayrılan pullar necə xərclənir?

-Dövlət tərəfindən milyonlar pul ayrılır. Mən yenə də deyirəm, Hesablama Palatası gəlib oranı təftiş etməlidir. Bu illər ərzində dövlətin həm büdcəsindən, həm də əlavə yardım kimi verdiyi pullar hara gedib və o cümlədən də Mədəiyyət Nazirliyinə kino istehsalı üçün ayrılan 6 000 000 manat hara xərclənib? Kinoya gəlib çatmayan pullar hara gedir? Cənab maliyyə naziri müsahibəsində dedi ki, hər il 6 000 000 kinoya pul ayırırıq. Mən müraciət etdim ki, hörmətli Samir müəllim, birincisi, siz pulu əvvəla Prezidentin göstərişi ilə ayırırsınız. İkincisi, siz buna məsul şəxssiniz. Əgər kinonun adına Prezidentin xüsusi göstərişi ilə pul ayırırsınızsa, onda nəzarət edin ki, həmin pullar kimə gəlir, kinostudiyaya çatır, ya çatmır? Yolda – nazirlikdə pay-püş edirlər. Kino da qalıb burda, dilənə-dilənə, cavanlar yığışıb 3-5 manata kino çəkirlər. Bu insanlar fədaidirlər, kino yolunda qazi, şəhiddirlər. İnanın mənə, dişimizlə dırnağımızla kinonu saxlayıb, yaşadırıq. Camaat son illər çəkilən filmlərə baxır və “bu nə kinodur çəkiblər” fikrinə qapılırlar, amma bilmirlər ki, o kinoları kinostudiya yox, özəl studiyalar çəkib. Orda hərə bir meymunluq edir. Peşəkar kino, kinostudiya, kino xadimləri də qalıb kənarda. Dövlətin ayırdığı pul gəlib peşəkar kinoya çatmır. Fakt odur ki, ortada qalmışıq.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yunanıstanın müdafiə naziri Türkiyənin təhdidlərini təxribat adlandırıb

Next Post

Ukrayna yenidən hava xəbərdarlığı elan edib

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Ukrayna yenidən hava xəbərdarlığı elan edib

Ukrayna yenidən hava xəbərdarlığı elan edib

Rusiyanın MS-21 laynerinin buraxılış tarixi məlum olub

Rusiyanın MS-21 laynerinin buraxılış tarixi məlum olub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.