"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Bu cür müdaxilələr yolverilməzdir” – Qüdrət Həsənquliyev

06 Mart 2015 - 21:57
in MANŞET

Qüdrət-Həsənquliyev.jpg“Güc strukturları da, ayrı-ayrı digər dövlət orqanları da belə müdaxələyə cəlb olunublar və bütün sahibkarları məcbur ediblər ki, öz mallarınızı filan qiymətə satmalısınız” Milli Məclisdə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik hesabatı dinlənilib. 2014-cü il üzrə hesabatı Ombudsman Elmira Süleymanova təqdim edib. Məruzədən sonra hesabat ətrafında müzakirələr keçirilib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev müzakirələr zamanı çıxışında bir sıra məsələlərə diqqət yönəldib. Millət vəkili öncə xatırlatdı ki, Azərbaycan böyük bir beynəlxalq idman bayramına ev sahibliyi etməyə hazırlaşır: “Birinci Avropa oyunları Azərbaycanda keçiriləcək. Bu, ölkəmizin tanıdılması üçün, yaxşı mənada təqdim olunması üçün çox böyük bir hadısədir, fürsətdir. Amma çox təəssüf ki, Azərbaycanın əleyhdarları, Azərbaycanın əleyhinə olan qüvvələr, ermənipərəst qüvvələr yenə fəallaşıblar. Biz bilirik ki, onların dünyanın aparıcı güc mərkəzlərində böyük lobbiləri var, o ölkələrin siyasətlərinə təsir edə bilirlər. Həmin ölkələr də beynəlxalq insan hüquqları müdafiə təşkilatlarını maliyyələşdirirlər, büdcələrini formalaşdırırlar. O təşkilatlar da həmin dairələrin sifarişi ilə ayrı-ayrı ölkələrdə insan haqları məsələsinə daha çox diqqət yetirirlər. Biz bütün bu reallıqları bilirik. Amma buna baxmayaraq o reallığı da qəbul etməliyik ki, dünyada insan haqları ilə bağlı fikri həmin təşkilatlar formalaşdırırlar. Yəni hansısa bir ölkə, hansısa bir ölkənin vətəndaşı insan hüquqları ilə bağlı informasiya almaq istəyəndə həmin beynəlxalq insan hüquqları müdafiə təşkilatlarının saytlarına daxil olurlar, onların hesabatlarını oxuyurlar. Ona görə də hesab edirəm ki, əsaslı, yaxud əsassız tutulmasından asılı olmayaraq beynəlxalq təşkilatların tələb etdiyi insanlar Avropa Oyunları ərərfəsində sərbəst buraxılmalıdır. İmkan verməməliyik ki, bu böyük tədbirin üzərinə kimlərsə kölgə sala bilsin. Və düşünürəm ki, Ombudsman da bu istiqamətdə öz nüfuzundan istifadə etməlidir. Mən Elmira xanımı buna çağırıram”. Qüdrət Həsənquliyev hesabatda əksini tapan biznes hüquqları, mülkiyyət hüquqları ilə bağlı məsələyə də diqqət yönəldib: “Mən xatırlayıram ki, mərhum prezident Heydər Əliyev o vaxtlar göstəriş verdi ki, vergi orqanları yalnız qanunla müəyyən olunmuş müddətlərdə sahibkarları yoxlaya bilərlər. Digər dövlət orqanlarına isə barmağını silkələdi və onların sahibkarların fəaliyyətinə müdaxiləsini qəti qadağan etdi. Əgər ayrı-ayrı cinayət işi ilə bağlı epizod üzrə sahibkarın fəaliyyətini yoxlamaq lazım isdisə, həmin orqanlar vergi orqanlarına müraciət etməliydi ki, araşdırma aparsınlar və nəticələrini güc strukturlarına təqdim etsinlər. Amma indi çox təəssüf ki, güc strukturları da, ayrı-ayrı digər dövlət orqanları da belə müdaxələyə cəlb olunublar və bütün sahibkarları məcbur ediblər ki, öz mallarınızı filan qiymətə satmalısınız. Axı bu, bazar iqtisadiyyatı yolu ilə gedən ölkə üçün yolverilməzdir. İndi kimsə gəlib Azərbaycana desə ki, neft ixrac edirsən, apar dünyada nefti bu qiymətə sat, biz bunu normal qəbul edə bilərikmi? Yox! Bazar iqtisadiyyatlı ölkələrdə qiymət tələb və təklif arasında formalaşır. Hansı sahədə rəqabət aşağıdırsa, dövlət strukturları çalışmalıdır ki, rəqabət mühiti güclənsin. Onsuz da hal-hazırda mövcud rəqabət imkan vermir ki, sahibkarlar mallarının qiymətini kəskin surətdə qaldıra bilsinlər. Buna görə də hesab edirəm ki, Ombudsman Aparatı bu sahəyə də diqqət yetirməlidir. Çoxlu sayda insan bununla əlaqədar bizə müraciət edir və öz narahatlıqlarını dilə gətirirlər. İndi deyilir ki, sahibkar malı manatın dəyərdən düşməsindən əvvəl alıb. Axı sahibkar da pulu dollara çevirib yenidən xarici valyuta ilə Azərbaycana mal gətirməlidir. Mən öz narahatlığımı bölüşürəm ki, əgər bu vəziyyət davam eləsə bir müddətdən sonra Azərbaycanda qıtlıq əmələ gələcək, xüsusilə də istehlak mallarında. Ona görə ki, bir çox insanlar öz mallarını anbarlarda saxlayırlar, satmaqdan imtina edirlər. Mən bu narahatlığı Ombudsmanın nəzərinə çatdırıram və istərdim ki, bu məsələyə dövlət strukturları öz diqqətlərini yönəltsinlər və vəziyyəti aradan qaldırsınlar”.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Anne annem”in daha bir – İmza günü

Next Post

İraq ordusu Tikrit şəhərinə yaxınlaşır

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

İraq ordusu Tikrit şəhərinə yaxınlaşır

Nemtsovun qatilinin adı çəkildi - Delimxanov

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.