Bakıda baş vermiş daha bir yol qəzasının videosunu təqdim edirik. Gecə vaxtı Dövlət Statistika Komitəsinin
qarşısındakı dairədə «avtoş»luq edən «VAZ-2107» markalı avtomobil aşıb. Kadrlardan görünür ki, «07» yüksək sürətlə hərəkət edir və dönmə əməliyyatı zamanı idarəetməni itirən sürücü avtomobili saxlaya bilmir. Nəticədə «07» səkiyə dırmanaraq yanıüstə aşır və fırlanmağa başlayır. Ətrafdakı insanlar dərhal aşan maşina yaxınlaşaraq sürücüyə kömək edirlər və onu maşından çıxarırlar. /Avtosfer.az/
Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...



