"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bu deputatların mandatları əllərindən alına bilər – Siyahı

29 Aprel 2023 - 12:14
in SİYASƏT

Milli Məclisin iclaslarına qatılmayan deputatlarla bağlı vaxtaşırı mətbuatda müzakirələr gedir. Son vaxtlar müzakirələr yenə gündəm olub.
Elchi.az Globalinfo.az-a istinadən xəbər verir ki, iclaslara gəlməyən əsas 3 deputat var. Onlardan biri Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovdur.
Onun Milli Məclisin plenar iclaslara qatılmadığı üçün İntizam Komissiyası tərəfindən hər hansı formada cəzalandırılacağı bildirilirdi. Bundan başqa, intizamsız davrandığı üçün V.Talıbovun deputat mandatının da əlindən alınacağına dair proqnozlar verilirdi. Bu söhbətlər V.Talıbov Naxçıvan Ali Məclisinin sədrli vəzifəsindən istefa verdikdən sonra intensivləşmişdi.
İkinci deputat keçmiş spiker Oqtay Əsədovdur. O da Milli Məclisin iclaslarına demək olar ki, qatılmır.
Keçmiş spikerin səhhətində yaranan problemə görə iclaslarda iştirak etmədiyi deyilsə də, əslində küskün olduğu üçün belə davrandığı bildirilir. Bəs O.Əsədov nədən, kimdən küsüb? İddialara görə, Oqtay Əsədov 2020-ci ilin parlament seçkilərindən sonra yeni formalaşdırılan Məclisə spiker seçilmədiyi üçün küskündür. Ona görə də acıq edib, MM-in işində iştirak etmir. Təbii ki, bu iddialara ən doğru cavabı o özü verə bilər. Amma sabiq sədr mediaya heç bir açıqlama vermir.
Milli Məclisin iclaslarına çox nadir hallarda qatılan üçüncü deputatın 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi kimi deputat seçilmiş Səbinə Xasayevanın olduğu bildirilir.
Xatırladaq ki, xanım deputat seçkilər zamanı tanınmış ictimai-siyasi fəal, iqtisadçı Natiq Cəfərlinin rəqibi olub. Amma Səbinə xanımın iclaslarda iştirak etmədiyinə dair məlumatlar var. Əgər hörmətli deputat haqda deyilənlər təsdiqini tapmasa, onun mövqeyini dərc etməyə, yanlışı aradan qaldırmağa hazır olduğumuzu bəri başdan bildiririk.
Bəs davamlı olaraq Milli Məclisin plenar iclaslarında iştirak etməyən deputatlarla bağlı qanunvericilikdə tələb nədir?
Qanuna görə deputatın Milli Məclisin plenar, komitə və komissiya iclaslarında iştirakı məcburidir. Buna əməl etməyən MM üzvləri qanunauyğun şəkildə cəzalandırılırlar.
Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində göstərilən əsasa görə, Milli Məclisin Sədri Milli Məclisin növbəti sessiyasının bütün iclaslarında və ya il ərzində Milli Məclisin 15 iclasında üzrsüz səbəbdən iştirak etməyən Milli Məclisin deputatı barəsində İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində deputat səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi haqqında rəy qəbul edir və Milli Məclisin müzakirəsinə çıxarır. Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hər kəs yorulub, müqavilə imzalamalıyıq – Paşinyan

Next Post

Ərdoğan vətəndaşlara bu işləri görəcəyini söz verdi!

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Ərdoğan dağıntılar altından sağ çıxarılanların sayını açıqladı

Ərdoğan vətəndaşlara bu işləri görəcəyini söz verdi!

Əliyev və Ərdoğan Texnofest festivalının açılışında – Canlı

Əliyev və Ərdoğan Texnofest festivalının açılışında - Canlı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.