AŞPA kimi beynəlxalq qurumlar Dağlıq Qarabağ haqda birtərəfli qərar vermir. Biz Alyans olaraq təklif edirik ki, münaqişə tərəfləri bir araya gəlsinlər.
Bu barədə Avropa Parlamentinin Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Yan Zahradin BAXCP-nin qərargahında keçirilən mətbuat konfransda deyib.
Onun sözlərinə görə, həm Gürcüstan, həm də Ermənistandan bir sıra partiyalar Alyansın üzvüdürlər:
“Bir sıra transmilli qurumlar, o cümlədən AŞPA həmişə doğru qərar verməyə bilər. Bu fikirlərimi Ermənistandakı görüşlərimdə də ifadə etmişəm. Azərbaycanda da bunu bildirirəm”.




