"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Bu günə də şükür!”

18 Fevral 2015 - 00:50
in KÖŞƏ YAZILARI

Aydın Canıyev504533

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Səhv etmirəmsə, makedoniyalı İsgəndər artıq 10 yaşında sərkərdə idi – repetitoru Aristotel olmuşdu, hərbin sirlərini dədəsi Filippin döyüş generallarından öyrənmişdi. Bunu axırda xatırlayarıq! İndi isə keçək mənim sözümün Mustafasına.

Üç əsrin, üç quruluşun adamlarıyla allah-bəndə söhbətindən ta ictimai-siyasi, elmi-tarixi, ədəbi-bədii gaplarıma əsaslanaraq, bir daha  millətə sırınan goplara aydınlıq gətirmək cəhdində bulunuram.

Çarizm dövründə yaşamış hal şahidlərinin “bu günə şükür” təfəkkürünün əsası oydu ki, onlardan töycü alır, nə bilim torpaq, örüş, zəmi onların, kef onların, zülm bunların, yəni – rəiyyətin.

Belə baxanda, Azərbaycanda bəy olanlar nə çar, nə şah vaxtında fərli-başlı bir milli özgürlük göstərib, nə də səltənətləri əldən gedəndən sonra, heç meyitləri də ortada bəy kimi qoyulmayıb.

Xarakterin formalaşmasında, xarizmaya çevrilməsində hakim olanların davranışı əsasdı – istisnalar yalnız dahilərə aiddir, qul təfəkkürlü “şükran”ların içindən çıxan dahilər isə heç vaxt özlərini qul təfəkkürlülərə aid etməyiblər, yeri düşdükcə də adlarını da dəyişiblər, təbəəliklərini də!

Mənim dərdim-azarım o deyil. Çor-mərəz odu ki, ortada bəy olan da, hakim olan da həmişə təbəə olub! Təbəə isə millətə xarakter aşılaya bilməz, xarizma formalaşmasında heç bir nümunə ola bilməz!

Çar təbəəliyini “partbilet hakimliyi” və ona sədaqət kredosu əvəzləyəndə də yaşanan ağrıları, acıları, əskikləri onunla ört-basdır ediblər ki, yenə də ortanın “bəyləri” və hakimləri” deyiblər: çar vaxtında “belə” idi, bu günə də şükür!

O “belə idi”ynən bu “belə”nin fərqi nədəydi, xəbərdar adamlara bunu açmağın mənası yox.

Nəticədə hər iki formasiyada – çarizm-feodalizm-kapitalizm məngənəsində və sosializm boyunduruğunda Azərbaycan insanı bir pisdən digərinə keçidi xilas sayırdı!

Üstəlik də… xarakteri formalaşmağa qoymurdu: “biz uşaq olanda, biz cavan olanda, bizim zamanımızda…”

Hə… böyüyüb artıq şəxsiyyətə çevrilmə təfəkkürünə, xarizma nümayiş etdirmə anına çatanda isə, şəxsiyyət və xarizma olanlar həmən toz kimi üyüdülürdü! Çünki millət bütövlükdə “bu günə şükür” təfəkküründən adlaya bilməyib.

Adicə misalla məsəl üçün izahı: çarizm dövrünün nökəri babam sovet dönəmində kolxoz fəhləsi olaraq, dədəmə qul təfəkkürünü aşılayıb – yəni bu günə də şükür! Üstəlik, müharibə dəhşətlərini, aclıq vəhşətlərini yaşayandan sonra ona qulaq asmamağa, bu şükranlıq təfəkküründən imtina etməyə dədəmin heç bir cürəti, cəsarəti və əsası olmayıb. Dədəmin mənə aşılaya bildiyi isə bundan artıq ola bilməzdi ki? – 40-cı illərin müharibəsini, 50-60-cı illərin aclığını görən dədəm 70-ci illərin 70 manat fəhlə maaşına, əlbəttə, “bu günə də şükür” deməliydi! Məndən də tələb eləməliydi və bunda özünü haqlı bilirdi də ki, dərsə nəinki yamaqlı şalvarda, üstəlik də acqarına gedib əlaçı olmaq mənim üçün bir borcdur.

Çünki mən müharibə və aclıq illərini görməmişdim!

Çünki dədəm haçan hansı xarabaya üz tutmuşdu, ona da qaxınc etmişdilər: “bəylər, kəndxudalar bizi 724 fasiləsiz işlədir, ac saxlayır, üstəlik də etiraz edəndə qan gedənəcən döyürdülər, bu günə də şükür!”

Və beləcə, hər əvvəlki nəsil özündən sonrakı hər yeni nəslə ancaq bir əxlaq və yaşam norması öyrədib, təlqin edib, tətbiq edib: “bu günə də şükür. Biz uşaq olanda, biz cavan olanda…”

Hələm bunun ardınca çarizm zülmünün daha dəhşətli olduğunu vurğulamaqla sosializm bəlasına da toxunmamağı nəsihət edib! Bizim xalqın atalar sözü deyil ki, gedər əntəri, gələr betəri?

Tarixin alabəzək səhifələri var – onları ciddi siyasi uğur saymaq qaragüruh və kütlə eyforiyası təfəkkürüdü! Loru dillə desək, “Xəzər-Lənkəran”ın on ildə bir dəfə “İnter”i udması, əlbəttə, böyük qələbədi, amma və lakin 100 ildi “İnter”in anasını ağlar qoyan “Yuventus” üçün hətta on ildə üç dəfə məğlubiyyət ayıb deyil!

Tarixdə tarixin nəhəngləriylə müqayisə olunmaqla tarixi yaşamaq olar!

Tarixdə yaşayanlarla tarixlə sürünənlərin, tarixin sürüdükləri önəmli deyil!

Gəldik olduq müstəqil! Güman etmək olardı ki, müstəqillik bir millət formalaşdıracaq. Uzunçuluq eləməyə halım-həvəsim yoxdu, amma day buna da göz yumub deməsəm, alınmayacaq! Bu müstəqillik çarizmdən üzübəri bəylərin, sosializmdə kommunistlərin 200 ilə edəmədiklərini 20 ilə yapdılar. Fərli-başlı 20 illik müstəqillikdə görün nə boyda faciə var: 20 yanvar, 26 fevral… 20 noyabr!

Əlbəttə, nə deyilməlidi şəxsiyyət, xarizma olmalı vətəndaşlara: bu günə də şükür! Day küçədən əli qələm tuta bilməyənləri yığıb döyüş bölgəsinə aparıb belinə avtomat yükləmirlər, day meyitlər cüt-cüt gətirilmir, ayda-ildə bir dəfə öldürülənlərə həmən şəhid adı verilir, day avtobuslarda, marşrutkalarda telefon oğruları yoxdu, küçədə eşşək ətindən dönər soxuşdurmurlar, indi millət cındır-mındır geyinmir, “brendovşina” meydan sulayır, indi qızlarımızı erməni əsir götürmür, elə özləri

Dubaya, Türkiyəyə, Rusiyaya gedib çıxır!

Əlbəttə, bu günə də şükür!

Hə orasını da deyim ki, mənim beynimi hər üç formasiyanın, hər üç nəslin hakimləri çox pis çöndərib!

Mən heç vaxt bu günə şükür eləmədim!

Fəqət… bu təfəkkürü də mən Azərbaycan təhsilindən bəhrələnərək qazanmadım!

Rusdan oxuduğumdan, rusun Avropadan, Amerikadan əxz etdiyindən öyrəndim!

Noolsun ki?

Bəylər həmin bəylər, hakimlər həmin hakimlər, millət o millət,

təfəkkür eyni yaşda.

Amma və lakin mən də ayrı söz deyə bilmirəm!

Və mən də eynən özümdən əvvəlkilər kimi özümdən  sonrakılara deyirəm:

-Bu günə də şükür!

Guya şükür etməyib  nə edəcəyik axı?!

Gedər əntəri, gələr betəri!

Hələ erməniynən üstümüzə gəlirlər, gürcüylə də gəlsələr, neyniyərik? Farsla bəs? Çeçenləri qızışdırsalar?

20 yanvarı 25 il, 26 fevralı 26 il, 20 noyabrı 20 il həzm edən xalqın sonda fəxri, fərəhi bir Ramil Səfərov, bir Mübariz İbrahimov olacaqsa, onda bu günə şükürdən başqa təskinlik varmı?

Bu günə şükür deməmək üçün… sonda qayıdaq əvvələ.

Makedoniyalı İsgəndər artıq 10 yaşında sərkərdə idi – repetitoru Aristotel olmuşdu, hərbin sirlərini dədəsi Filippin döyüş generallarından öyrənmişdi.

Hə… haçan 10 yaşında oğullarımızı sərkərdə görərik, onda danışarıq!

Bizim indi 20 yaşında oğlanlarımızın sərkərdəliyi “oğurluq, qətl, zorlama” işlərindən boylanır!

Odur ki, uşaqlarımıza qaxınc etməyək: “biz uşaq olanda, biz cavan olanda…” – deyə!”

Uşaqlarınızın repetitoru Aristotel olsun – özümüz cəhənnəmə ki, ac qalmışıq, yamaqlı şalvarda məktəbə getmisik!

Uşaqlarımızı özümüz üfləyib-püfləyib əzizləməkdənsə, elə edək  ki, xalq əzizləsin, xalq üçün əziz olsun!

Əks təqdirdə , bu günə də şükür – mənim kimi yazarlar belə yazılardan hələ çox  yazacaq!

P.S. Azərbaycan bütün təhsil və tədris sistemlərindən istifadə edib, təkcə özünün olanından başqa. Mədrəsə də açıb, məktəb də, litsey də açıb, kollec də, sovet sistemini də tətbiq edib, Bolonya sisteminə də keçib.

Bundan artıq nə deyim axı..

Aktual.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Debaltsovo dəhşəti: Putinlə Poroşenko bir-birinə bağırıb, sonra telefonda söyüşüb – (Yenilənib)

Next Post

Fonddan 14 milyon oğurlandı

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Fonddan 14 milyon oğurlandı

Poroşenko hərbi yardım istəyib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.