Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən
məlumata görə, Bakı və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin səhər yarımadanın bəzi yerlərində havanın çiskinli olacağı ehtimalı var.
Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq rayonlarında isə çiskin olacağı ehtimalı var.



