Bu gün Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək. |
Tura Qazaxıstanda start veriləcək. “Astana” öz meydanında “Slaviya”nı sınağa çəkəcək. Günün ən maraqla gözlənilən matçı kimi “Zenit” və BATE-nin ev görüşlərini vurğulamaq olar. Sonuncular “Arsenal”la qarşılaşacaqsa, rusiyalılar “Real Sosyedad”ı qəbul edəcək.
Azərbaycan klublarının çıxış etmədiyi yarışda azarkeşlərimizin diqqəti Türkiyə təmsilçilərinə yönələcək. Qonşu ölkə klublarını isə Portuqaliya ilə duellər gözləyir.
“Konyaspor” öz meydanında “Gimaraynş”la görüşəcək. “Başakşəhər” isə Pireney yarımadasında “Braqa”nın qonağı olacaq.
Avropa Liqası
Qrup mərhələsi
II tur, 28 sentyabr
G qrupu
21:00. “Viktoriya” (Plzen, Çexiya) – “Hapoel” (Beer-Şeva, İsrail)
21:00. “Luqano” (İsveçrə) – “Styaua” (Rumıniya)


C qrupu
23:05. “Lüdoqorets” (Bolqarıstan) – “Hoffenhaym” (Almaniya)
23:05. “Braqa” (Portuqaliya) – “Başakşehir” (Türkiyə)
.png)




