
Elchi.az olke.az-a istinadən xəbər verir ki, 7-8 dekabr tarixləri arasında Vyanada ATƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin 24-cü iclası keçiriləcək. Görüş çərçivəsində Məmmədyarov Nalbandyanla görüşəcək.
Bu gün Minsk qrupunun həmsədrləri ilə Nalbandyanın Qarabağ münaqişəsinin nizamlanmasına dair görüşü olacaq. Eyni zamanda Nalbandyanın Məmmədyarovla da görüşü planlaşdırılıb.



