"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

«Bu gün baş verən hadisələr yeni ajiotaja səbəb olacaq»

29 Yanvar 2016 - 20:17
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

«Bu gün baş verən hadisələr yeni ajiotaja səbəb olacaq»

Mərkəzi Bank son on gün ərzində 6 bankın bağlanmasına dair qərar çıxarıb. İndi əsas problemlərdən biri həmin banklara yatırılmış sığortalanmayan əmanətlərin aqibətidir. Eyni zamanda qısa müddət ərzində 6 bankın bağlanması bu sektora psixoloji təsirlər göstərəcək, əhalinin inamı daha  azalacaq. Bu baxımdan yarana biləcək fəsadlara hökumət hazırdırmı?
Maliyyəçi-ekspert Zaur Əhmədov “Bizim Yol”a şərhində bankların lisenziyalarının ləğvini doğru addım hesab etmədiyini bildirdi. “Əslində, Mərkəzi Bankın məcmu kapitalla bağlı tələbləri, kreditorlar qarşısındakı öhdəlikləri yerinə yetirə bilmədiyinə görə bankları bağlaması yaxşı addım deyil. Yəni əvvəla hansısa bankın lisenziyasının ləğvi  ölkədə hansısa iqtisadi subyektin bağlanması deməkdir. Ona görə də 6 bankın sürətlə bağlanmasını mütərəqqi addım hesab etmirəm”.
Z.Əhmədov hesab edir ki, həmin maliyyə qurumlarının bank olmayan kredit təşkilatlarına çevrilməsi daha məqsədəuyğundur: “İkinci devalvasiyadan sonra rəqabətə davam gətirəcək bankların sayı gündən-günə azalmaqdadır. Bir neçə bankın konsolidasiyası məsələsi gündəmə gəlsəydi, daha az itkilərlə çıxa bilərdik. Mərkəzi Bank bunları təhlil edir və vəziyyət qurumun nəzarətindədir. Məcmu kapitalla bağlı yaranmış vəziyyət əslində, uzun illər davam edən problemlərin nəticəsidir. Onlar hissə-hissə məcmu kapitalla bağlı tələblərə əməl etmiş olsaydılar, bu gün bankların bağlanması təhlükəsi olmayacaqdı. Devalvasiyanın təsiri məsələsinə gəlincə, Mərkəzi Bank bankları qoruyub saxlaması üçün müvəqqəti güzəştlər verər, dövlət qarşısında öhdəliklərinin müddətini uzada bilərdi”.
Maliyyəçinin fikrincə, bankların birdən-birə belə sürətlə bağlanması bank sektorunda ciddi fəsadlar yarada bilər: “Əhalinin banklara inamı azala bilər. Əmanətlərin sığortalanan hissəsi kiçik bir məbləğ idi -30 min manata qədər. İndiki vəziyyətdə əhali əmanətlərini geri çəkməyə çalışacaq. Bu isə pulun aktiv  dövriyyədən çəkilməsi, təkrar evlərdə sandığa dönməsi ilə nəticələnə bilər. Bununla ikinci fəsad yaşaya bilərik. Aktiv dövriyyədə pulların həcminin məhdudlaşması vəsaitləri gəlir gətirməyən bir məhsula çevirəcək. Nəticədə ölkədə həm manat, həm də xarici valyuta qıtlığı yarana bilər”.
“Mərkəzi Bank dəfələrlə bankları konsolidasiyaya getməyə çağırmışdı. Nəyə görə banklar buna əhəmiyyət vermədi” sualına Z.Əhmədov belə cavab verdi: “Onların konsolidasiyaya getməsi üçün ilk olaraq bank sahiblərinin ortaq əməkdaşlığının şərtləri, müqaviləsi bəlli olmalı idi. Çox güman ki, həmin bankların sahibləri arasında razılıq əldə olunmayıb. Əgər bu banklar əlavə səhm emissiyası vasitəsilə bazardan güc ala bilsəydi, məcmu kapitalla bağlı problemi asanlıqla həll edə biləcəkdilər. Məcmu kapitalla bağlı tələb 2014-2015-ci ildən başlanıb. Bu, o dövrə təsadüf etdi ki, Azərbaycanda işgüzar fəallıq azaldı. Nəticədə banklar həm müştəri tapa bilmədilər, həm də yeni investorlar cəlb etmək problemləri yaşadılar. Banklar vəsait cəlb etmək üçün borclandı. Amma həmin borcu gəlirli bir faizlə satmaq problemi  var idi. Bank sektorunda bir qədər ümidsizlik yarandı. Keçən ilin fevral ayında dollarla verilən kreditlərin qaytarılmasında yaranan çətinlik problemli kredit portfelini böyütdü. Kredit təşkilatları dollarla borc satmaqda çətinlik yaşadılar. Vətəndaş isə çalışdı ki, vəsaitlərini xarici valyutada banklarda saxlasınlar. Beləcə, bankların o pulu sata bilməsi ciddi problemlərə çevrildi. Ona görə də bir gün bankların öz öhdəliklərini yerinə yetirə bilməməsi vəziyyəti yaranmalı idi. Hər iki devalvasiyadan sonra bank sektorunda vəziyyətin pisləşməsi gözlənilən idi. Ola bilsin ki, getdikcə daha bir neçə bankın lisenziyasının ləğv edilməsi prosesi getsin”.
Maliyyəçinin fikrincə, hökumət təcili şəkildə əhalinin banklara olan inamını bərpa etməlidir: “Lisenziyanın ləğv edilməsi çıxış yolu deyil. Doğrudur, ictimaiyyətin yanaşmasına görə problemləri Mərkəzi Bank həll etməlidir. Amma bu problemlər təkcə Mərkəzi Bankın öhdəsindən gələcəyi bir məsələ deyil. Bunun üçün artıq hökumət işə qarışmalıdır. Mərkəzi Bank uçot dərəcələrini, pul kütləsinin axınını tənzimləyə bilər, kreditlərin təyinatı üzrə xərclənməsinə, müddətinə nəzarət edə bilər. Sağlamlaşdırma tədbirlərini təkcə Mərkəzi Bankdan gözləməli deyilik. Bu qurum istəsə belə atdığı addımlardan daha artığını ata bilmir. Eyni zamanda hökumət aktiv şəkildə Mərkəzi Bankın addımlarını doğrultması üçün ciddi islahatlara getməlidir. Sahibkarlıq mühiti genişlənməlidir ki, insanlar həm banklara əmanətlərini rahat yatırsınlar, həm də alınan kreditləri aktiv iqtisadi dövriyyəyə cəlb edib iqtisadiyyata yeni bir nəfəs verə bilsinlər. Bank xidmətlərinin çox olması hansı vətəndaşa problem yaratmışdı? Bankların sayının azaldılmasındansa, xidmətlərin sayının artırılması istiqamətində islahatlara gedilməlidir. Bankların vəsaiti iqtisadiyyatda yeni təsərrüfat subyektlərinin yaranmasına cəlb olunmalıdır”.
Ekspertin sözlərinə görə, bank sektorunda etimadsızlığın yaranmasının kökündə sığortalanmayan əmanətlərin aqibəti məsələsi durur: “30 min manata qədər olan əmanətlərin sığortalanması qaydası absurd idi. Bankın lisenziyası varsa, nəyə görə hər müştərinin 30 min manata qədər əmanəti sığortalanmalıdır? Bu gün baş verən hadisələr yeni ajiotaja səbəb olacaq, əhali arasında etimadsızlıq yarana bilər. Hökumət təcili aydınlıq gətirməlidir ki, bağlanan bankların aktivləri əmanətləri tam qaytarmağa çatmayacağı halda bunlar hansı mənbələrdən ödənilməlidir. Əgər sığortalanmayan əmanətlər qaytarılmasa, çoxlu sayda əmanətçilərin hüququ pozulacaq. Məsələn, “Royal Bank” təcrübəsində göründü ki, bu gün də nə qədər əmanətçi pullarını geri ala bilməyib”-deyə Zaur Əhmədov vurğuladı.
Maliyyəçi-ekspert hökuməti banklara inamı bərpa etməyə çağırdı, əks halda daha pis situasiya yaranacaq
Zaur Əhmədov: «Hökumət təcili aydınlıq gətirməlidir ki, bankların aktivləri əmanətləri tam qaytarmağa çatmayacağı halda vəsait hansı mənbələrdən ödənilməlidir»
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Gömrük rüsumları artırılır

Next Post

Banklar QADAĞAYA keçdilər: kredit kartları donduruldu

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Banklar QADAĞAYA keçdilər: kredit kartları donduruldu

Türkiyə Səfirliyinin müşaviri: "ƏSLİM QƏRBİ AZƏRBAYCANDANDIR" - Müsahibə

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.