
Bu gün Şirvan və Salyan şəhərlərinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, buna səbəb Şirvan-Muğan qrup su kəmərində aparılacaq profilaktik işlərdir.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.




