Paytaxtda daha bir yol bağlanır. Avtosfer.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəziə istinadla verdiyi məlumata görə, NİİM tərəfindən edilmiş təklifə əsasən Rəşid Behbudov küçəsinin Bakıxanov küçəsi ilə kəsişməsində işıqfora daimi sağadönmə seksiyasının əlavə ediləcək. Bu məqsədlə bu gün saat 11:00-dan etibarən “Azəryolservis” ASC tərəfindən hərəkətin təşkili ilə əlaqədar yol cizgi xətləri yenidən rənglənəcək. Rənglənmə işləri zamanı yolda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ilə əlaqədar yarana biləcək sıxlığı nəzərə alaraq sürücülərə alternativ olaraq Səməd Vurğun küçəsindən istifadə etmələri tövsiyə olunur.
İlham Əliyev dini rəhbərləri qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...




