Bu gün Ermənistanın paytaxtı İrəvanda Rusiya əleyhinə etiraz aksiyası keçiriləcək.
Erməni KİV-lərinin yaydığı məlumata görə, aksiyaçılar Rusiyanın Dağlıq Qarabağdakı son hadisələrdə tutduğu mövqeyə və Moskvanın Bakıya silah satışına etiraz edəcəklər.
Etiraz aksiyası yerli vaxtla saat 18.30-da İrəvanın Azadlıq meydanından başlayacaq və Rusiyanın Ermənistandakı səfirliyinin qarşısına kimi davam edəcək.




