Bu gündən geomaqnit qasırğaları gözlənilir

>

“Hal-hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 1 ilə 2 arasında dəyişir (maksimum 9 olur), lakin, 27-28 sentyabr tarixlərində bu indeks artacaq. Bu tarixlərdə geomaqnit həyəcanlaşması və hətta G1 (27 sentyabrda) və G2 (28 sentyabrda) sinifli qasırğa gözlənilir (maksimal şkala G5-dir)”.

Bunu da oxuyun

Elchi.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev Apa-ya belə deyib.

Onun sözlərinə görə, geomaqnit həyəcanlaşmasının əsas səbəbi Günəş səthində hal-hazırda mövcud olan və orta ölçülü “tac dəliyi”ndən başlanğıcını götürəcək yüksək sürətli Günəş plazma küləyinin təsiri olacaq.

E. Babayev bildirib ki, “Tac dəlikləri”ndən yüklü plazma zərrəciklərı Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də, Yerə planetinə doğru yönəlir: “Hazırda plazma küləyini sürəti 315 km/saniyə-dir, lakin 27-28 sentyabr tarixlərində bu sürət kifayət qədər artacaq. Bu gün atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır”.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728