Bu gündən 45 min müəllimin maaşı artırılıb.
Elchi.az xəbər verir ki, 2017-ci ildə diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər və müsabiqə yolu ilə müəllimlik adını qazanan namizədlər əməkhaqlarını yanvarın 1-dən artımla alacaqlar.
Qeyd edək ki, Azərbaycanda ümumilikdə 145 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi başa çatıb.




