"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Bu hadisə Ermənistanda kəşfiyyat və ədliyyə sistemi arasında qalmaqala səbəb oldu”

27 Sentyabr 2022 - 16:08
in SİYASƏT

“Ermənistanın PKK-nın iki üzvünü Türkiyəyə təhvil verməsi maraqlı məqamları da ortaya çıxardı”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı FB hesabında qeyd edib:

“Birincisi, bu hadisə Ermənistanda kəşfiyyat və ədliyyə sistemi arasında qalmaqala səbəb oldu;
İkincisi, tarix boyu erməni terror təşkilatları ilə çiyin-çiyinə addımlayan, I və II Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşmüş PKK ilə İrəvan arasında narazılıqlar yarandı;
Üçüncüsü, bu, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində addımlarından biri olaraq qəbul edilə bilər;
Atilla Çiçek (kod adı “Lexenk”) və Hüseyn Yıldırım (kod adı “Alişer”) 2021-ci ilin 16 avqustunda Araz çayı üzərindən Ermənistana qanunsuz keçməkdə və silah-sursat keçirməkdə ittiham olunublar. Birinci instansiya məhkəməsi 7 il həbs cəzası versə də, apelyasiya məhkəməsi 3 il şərti cəza ilə sərbəst buraxmaq haqda qərar qəbul edib.
Qərar 23 fevral 2022-ci il tarixində verilsə də, terrorçular sərbəst buraxılmayıb. Onlar haqda məlumat Türkiyəyə təhvil verildiyi zaman ortaya çıxıb.
Ermənistan Ədliyyə Nazirliyi “təhvil vermə” prosesindən xəbərsiz olduğunu deyir. “Ermənistan” fraksiyasının deputatı Qeqam Manukyan Atilla Çiçək və Hüseyn Yıldırımın Türkiyə kəşfiyyat orqanı olan MİT-ə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təhvil verdiyini desə də, MTX bunu “böhtan” və “qarayaxma kampaniyası” adlandırıb.
O zaman terrorçuları MİT-ə kim təhvil verib?
PKK terror təşkilatının Ermənistana ünvanlanan etiraz açıqlamasında bu suala cavab tapmaq mümkündür. Terror təşkilatı bəyan edir ki, Atilla Çiçək və Hüseyn Yıldırım apleyasiya məhkəməsinin qərarı ilə sərbsət buraxılmalı olsalar da, onları Ermənistanın xüsusi xidmət orqanları “oğurlayıb” və MİT-ə veriblər.
Bu, Ermənistanın PKK əleyhinə ilk addımıdır və terror təşkilatı ilə İrəvanın əlaqələrində problemlərə yol aça bilər.
Erməni və PKK terror təşkilatları Azərbaycan və Türkiyəyə qarşı tarix boyu birgə mübarizə aparıb. Hətta yaralı PKK-çıların Emənistanda müalicə olunduğu, o cümlədən, Avropaya getmək üçün bu ölkədən istifadə etdiyi haqda məlumatlar var. Terrorçular 44 günlük müharibədə də Ermənistan tərəfindən döyüşürdü. İndi “sərbəst buraxılacağı” vədi verilən terrorçuların Türkiyəyə təhvil verilməsi PKK-Ermənistan əlaqələrində çatların yaranması ilə nəticələnə bilər. Terror təşkilatının etiraz açıqlamasının mətni də bunu deməyə əsas verir.
Ermənistan hakimiyyəti isə bu addımla Türkiyə ilə münasibətlərin normallaşması prosesində jest edir. Mümkündür ki, Ankara-İrəvan danışıqlarında terrorçuların təhvil verilməsi məsələsi də masada olub”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İranda tutulan azərbaycanlı fəallar aclığa başladılar

Next Post

Azərbaycana gətirilən arıqlama məhsullarında təhlükəli maddə…

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Azərbaycana gətirilən arıqlama məhsullarında təhlükəli maddə…

Azərbaycana gətirilən arıqlama məhsullarında təhlükəli maddə...

Ağalıda anım mərasimi keçirildi 

Ağalıda anım mərasimi keçirildi 

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.