Qərb ölkələri Ukrayna prezidentinə Zaporojye AES-də təxribat törətmək cəhdlərinə qarşı xəbərdarlıq edib.
Elchi.az Vesti.ru-ya istinadən bildirir ki, bunu keçmiş Amerika kəşfiyyatçısı Skott Ritter deyib.
Hərbçi qeyd edib ki, Kiyev rejiminin rəhbəri AES-ə hücum etsə, bu, ciddi nəticələrə gətirib çıxaracaq. Ritter hesab edir ki, bu halda Volodimir Zelenskidən qurtulmaq olar.
Ukrayna lideri təxribatdan başqa ölkələrin müdaxiləsi üçün bəhanə kimi istifadə edə bilər ki, bu da guya ona atom elektrik stansiyasına nəzarəti bərpa etməyə kömək edə bilər. Ritter “Judging Freedom” Yutub kanalına müsahibəsində fikirlərini bölüşüb.
Qeyd edək ki, Kreml və Rusiya Xarici İşlər Nazirliyi bundan əvvəl Kiyev rejiminin Zaporojye AES-də törətdiyi təxribatın fəlakətli nəticələrə səbəb ola biləcəyini bildirib.
Yeganə




