"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

«Bu idman yarışı ən yüksək səviyyədə keçiriləcək» – Rauf Zeyni

01 May 2015 - 09:57
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan tarixinin mühüm səhifələrindən biri olacaq”. 
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib. O bildirib ki, möhtəşəm idman yarışı olan I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi çox böyük tarixi hadisədir.
R.Zeyninin sözlərinə görə, bunu  Azərbaycanın dünya və Avropa ailəsində ciddi və etibarlı partnyor kimi qəbul olunmasının, eyni zamanda aparılan düzgün siyasətin qələbəsi kimi qiymətləndirmək lazımdır: “Bir çox ölkə İlk Avropa Oyunlarının keçirmək arzusunda idi. Ancaq bu imkanı Azərbaycan qazandı və biz ilk Avropa oyunlarına ev sahibliyi edəcəyik. I Avropa Oyunları dünya və Avropa ilə yanaşı Azərbaycanın da tarixinə düşəcək. Bu yarışların tarixi əhəmiyyəti olması ilə bərabər siyasi, iqtisadi əhəmiyyəti də böyükdür. Baxmayaraq ki, dünyada maliyyə böhranı var və belə bir zamanda Azərbaycan öz hesabına bu oyunların keçirilməsi üçün bütün lazımi işləri həyata keçirib. Artıq Bakı oyunlara tam hazırdır. Bu günlərdə Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Suraxanıda yerləşən Atəşgahdan olimpiya oyunlarının məşəli alovlandırıldı. Məşəlin alovlandırılması artıq bu böyük idman yarışının başlanmasının ilk işartılarıdır. Bu da o deməkdir ki, Azərbaycanın milli, iqtisadi, siyasi və beynəlxalq əhəmiyyəti böyükdür. Çünki bu idman yarışına altı minə yaxın idmançı, iki minə qədər jurnalist gələcək və bu ölkəmiz üçün mühüm addımdır. Biz hələ Avropa Oyunlarının Astanasında olmağımıza baxmayaraq artıq bu möhtəşəmliyi hiss edirik. “Avroviziya” yarışması ölkəmizin turizm pasportu idi, ilk Avropa Oyunları isə Azərbaycanın dövlət və cəmiyyət pasportu olmalıdır. Müstəqillik dövründə siyasi, iqtisadi, mədəni, vətəndaş cəmiyyəti və digər sahələrdə əldə etdiyimiz nailiyyətləri dünya ictimaiyyətinə məhz bu Avropa Oyunları vasitəsilə təqdim etməyi bacarmalıyıq. Bu, bizim məqsədimiz, uğurumuz və qələbəmiz olacaq”.
“Bu qüvvələr öz niyyətlərinə nail ola bilməyəcəklər”
R.Zeyni I Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı aparılan “qara piar” kampaniyasına toxunaraq deyib ki, Azərbaycan gücləndikcə, Avropa ailəsində öz yerini möhkəmləndirdikcə, eyni zamanda regionda daha da qüdrətli dövlətə çevirildikcə bizi istəməyənlər çox olacaq. O, qeyd edib ki, ölkəmizdə hər hansı böyük tədbir keçirildikdə belə qüvvələr aktivləşir və Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar: “Amma bu qüvvələr öz niyyətlərinə nail ola bilməyəcəklər. Azərbaycan ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirləri layiqincə keçirib. Bu il isə dünya tarixinə Bakı-2015 I Avropa Oyunları ilə öz adını yazacaq və bu idman yarışı ən yüksək səviyyədə keçiriləcək, biz də bunun şahidi olacağıq. Buna qədər Azərbaycanı “Avroviziya” mahnı yarışmasına görə tanıyırdılarsa, bundan belə I Avropa Oyunlarını keçirən bir ölkə kimi də yadda saxlayacaqlar. Hər bir əcnəbi Azərbaycanın müstəqillik illərində necə inkişaf etdiyinin şahidi olacaq”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Cənub Qaz Dəhlizi” mühüm və strateji layihədir

Next Post

Rokfeller ürəyini “dəyişdirdi“

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rokfeller ürəyini “dəyişdirdi“

Üç günəşli adamlar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.