Hazırda Azərbaycanda hemodializlə müalicə alan xəstələrin ən kiçiyi 3, ən yaşlısı 85 yaşındadır. Elchi.az xəbər verir ki, bu sözləri Kliniki Tibbi Mərkəzdə Hemodializ şöbəsinin müdiri Mirhaşim Calalov jurnalistlərə açıqlamasında deyib.
Həkimin sözlərinə görə, hazırda hemodializ xəstələri əsasən cənub bölgəsində üstünlük təşkil edir: “Xəstəlikdən ölüm halları da qeydə alınır. İl ərzində təxminən 600 hemodializ xəstəsi dünyasını dəyişir. Son illər müqayisə etsək hemodializ xəstələrinin sayında 10-12 faiz artım qeydə alınıb. Xəstəliyin əsas səbəbi böyrək daşı,böyrək iltihabı və anomaliyaları, son vaxtlar isə şəkərli diabet xəstələrində daha çoxdur”.