Bu il 233 tələbə köçürülüb

>

Bu il 233 nəfər tələbə elektron qaydada seçdiyi ali təhsil müəssisəsinə köçürülüb.

Bunu da oxuyun

Təhsil Nazirliyindən Elchi.az-a verilən məlumata görə, ötən ildən etibarən, təhsil alanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilir.

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir. Bu il ümumilikdə 497 nəfər köçürülmək üçün transfer.edu.az elektron portalına müraciət edib. Onlardan 233 nəfəri seçdiyi ali təhsil müəssisəsinə köçürülüb.

Elchi.az

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728