Cari ildə daha 5 STEAM Mərkəzinin yaradılması nəzərdə tutulub.
Bu barədə Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilib ki, 2022-ci ildə STEAM layihəsi 302 ümumtəhsil məktəb və 15 STEAM Mərkəzini əhatə edir.
Ümumilikdə 120 000-ə yaxın şagird STEAM tədrisinə cəlb edilib.
Hazırda Bakı, Xırdalan, Şirvan, Quba, Gəncə, İsmayıllı, Bərdə, Lənkəran, Sabirabad və Ağdaşda STEAM Mərkəzləri fəaliyyət göstərir.






