Rusiya prezidenti Vladimir Putin qarşıdan gələn 2016-cı il münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Bu barədə Kremlin mətbuat xidməti xəbər verir.
İlham Əliyevə ünvanlanan təbrikdə Putin başa çatmaqda olan 2015-ci ilin Rusiya-Azərbaycan münasibətləri üçün zəngin və məhsuldar olduğunu bildirib. O, həmçinin Cənubi Qafqaz və Xəzər regionunda sabitlik və təhlükəsizliyin təmin edilməsi maraqlarına görə iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi üzrə birgə və sıx əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini deyib.




