"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bu ilin 5 ayında Azərbaycan 95 ölkəyə məhsul ixrac edib

11 İyul 2018 - 16:06
in İQTİSADİYYAT
Bu ilin 5 ayında Azərbaycan 95 ölkəyə məhsul ixrac edib
2018-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 160 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 95 ölkəyə məhsul ixrac olunub, 150 ölkədən idxal olunub.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 12 mlrd. 68,6 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 8 mlrd. 213,3 mln. dollar, idxalın dəyəri 3 mlrd. 855,3 mln. dollar təşkil edib, nəticədə 4 mlrd. 358 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 35,4 faiz, real ifadədə isə 3,1 faiz, o cümlədən ixrac 2,8 faiz, idxal 3,8 faiz artıb.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 22,4 faizini İtaliyaya, 8,3 faizini İsrailə, 7,6 faizini Türkiyəyə, 5,8 faizini Tayvana (Çinin əyaləti), 5,3 faizini İndoneziyaya, 4,8 faizini Kanadaya, 4,4 faizini Almaniyaya, 4 faizini Çexiyaya, hər biri 3,4 faiz olmaqla Gürcüstan və Rusiyaya, 3,2 faizini Portuqaliyaya, 3 faizini Hindistana, 2,7 faizini ABŞ-a, hər biri 2,5 faiz olmaqla Fransa və İspaniyaya, qalan 16,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,4 faizi Rusiya, 15,8 faizi Türkiyə, 10,2 faizi Çin, 7,6 faizi Almaniya, 4,8 faizi ABŞ, 4,2 faizi Ukrayna, 3,4 faizi İtaliya, 3 faizi İran, 2,7 faizi Belarus, 2,4 faizi Birləşmiş Krallıq, 28,5 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
2018-ci ilin yanvar-may aylarında 667,5 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2017-ci ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 20,1 faiz, real ifadədə isə 8,6 faiz çoxdur.
2018-ci ilin yanvar-may aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 2,1 faiz, təzə meyvə – 51,2 faiz, kartof – 33,5 faiz, meyvə və tərəvəz konservləri – 22,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,6 dəfə, polietilen – 10,1 faiz, emal olunmamış alüminium – 15,7 faiz, pambıq lifi – 4,0 faiz, qara metallardan borular – 12,0 faiz, pambıq ipliyi – 10,7 faiz, bentonit gili – 8,5 faiz artmış, şəkər – 50,5 faiz, tütün – 8,9 faiz, meyvə və tərəvəz şirələri – 13,2 faiz, çay – 19,6 faiz, bitki yağları – 15,8 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 1,6 faiz, qara metallardan yarımfabrikatlar – 88,5 faiz azalıb.
2017-ci ilin yanvar-may ayları ilə müqayisədə 2018-ci ilin yanvar-may aylarında buğda idxalı 40,8 faiz, bitki yağları – 41,1 faiz, təzə meyvə – 44,1 faiz, çay – 10,9 faiz, qara metallardan borular – 92,6 faiz, minik avtomobilləri – 2,9 dəfə, polad prokatı – 7,6 faiz, mineral gübrələr – 2,2 dəfə, mebel – 2,1 dəfə, qara metallardan çubuqlar – 16,4 faiz, rezin şinlər – 4,8 faiz, polietilen – 82,0 faiz, paltaryuyan maşınlar – 55,6 faiz, məişət kondisionerləri – 28,5 faiz, yük avtomobilləri – 2,1 dəfə, sement və sement klinkerləri – 69,1 faiz, avtobuslar – 2,8 faiz, məişət soyuducuları – 2,4 dəfə artıb, siqaret idxalı isə 6,1 faiz, kərə yağı, digər süd yağları və pastaları – 2,3 faiz, kartof – 22,2 faiz, quş əti və onun əlavə məhsulları – 5,6 faiz, mal əti – 20,2 faiz, xam şəkər və şəkər – 82,6 faiz, təzə tərəvəz – 47,4 faiz, hesablama maşınları, blok və qurğuları – 2,3 faiz, qara metallardan künclüklər – 19,6 faiz azalıb.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan və İsrail birgə yeni növ pilotsuz sistemlər istehsal edəcək

Next Post

Dilqəmlə Şahbazın azad edilməsi üçün bütün zəruri addımlar atılacaq – Rəsmi

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Dilqəmlə Şahbazın azad edilməsi üçün bütün zəruri addımlar atılacaq – Rəsmi

Dilqəmlə Şahbazın azad edilməsi üçün bütün zəruri addımlar atılacaq - Rəsmi

Nazir: “Tikintilərdə qeyri-rəsmi məşğulluqla əlaqədar monitorinqlər aparılır”

Nazir: "Tikintilərdə qeyri-rəsmi məşğulluqla əlaqədar monitorinqlər aparılır"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.