"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bu məşhur siqaretlər Azərbaycanda istehsal olunacaq

07 İyul 2023 - 14:06
in GÜNDƏM

Dünyanın qabaqcıl tütün məmulatları istehsalçısı olan “Japan Tobacco International” (JTİ) və Tabaterra QSC arasında JTİ şirkətinin qlobal brendlərinin Azərbaycanda istehsal olunaraq Gürcüstana ixrac edilməsi üçün razılaşma əldə edilib.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az xəbər verir ki, strateji tərəfdaşlıq çərçivəsində JTİ şirkətinə məxsus Gürcüstanda satılan Sobranie, Winston və Camel kimi dünyaca məşhur brendlər artıq Tabaterra tərəfindən Azərbaycanda istehsal olunacaq.

Məsələ ilə bağlı açıqlama verən Tabaterra QSC-nin direktoru Elman Cavanşir bildirib ki, biz JTİ şirkəti ilə qlobal brendlərin istehsalı, o cümlədən də ixracı ilə bağlı tərəfdaşlığımızdan çox məmnunuq. Imzalamış olduğumuz ixrac sazişi Tabaterranın beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli məhsullar istehsal etdiyinin bariz nümunəsidir:

“Bu bizim beynəlxalq istehsalçı kimi mövqeyimizi möhkəmləndirməklə yanaşı ixrac imkanlarımızı daha da genişləndirir. Sözügedən ixrac sazişi Azərbaycan iqtisadiyyatına, eləcə də ölkəmizdə yerli istehsala əhəmiyyətli töhvə verəcək. Belə ki, bu razılaşma ölkəmizə illik olaraq 13 milyon ABŞ dolları civarında valyuta axınını təmin edəcək”.

“Tabaterra QSC ilə imzaladığımız ixrac razılaşması JTİ şirkəti üçün Gürcüstan bazarında mövqeyimizin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Biznes tərəfdaşımız olan “Tabaterra”nın təcrübəsinə və istehsal imkanlarına əmin olaraq, biz Sobranie, Winston və Camel kimi dünyəvi brendlərimizi Azərbaycanda istehsal etməklə onların daha qısa zaman kəsiyində gürcü istehlakçıları üçün əlçatanlığını təmin edəcəyik. İmzalamış olduğumuz ixrac sazişi Azərbaycan və Gürcüstan arasında olan ticarət dövriyyəsinin artmasına öz töhvəsini verəcək”, – JTİ-nin Belarus və Qafqaz regionu üzrə baş direktoru Sergey Buksa vurğulayıb.

Tabaterra QSC istehsal etdiyi məhsulların keyfiyyət parametrlərinə görə JTİ şirkəti ilə müqavilə və lisenziya əsasında əməkdaşlıq edən beynəlxalq fabriklər arasında daima lider mövqe tutur. Bu nailiyyət Tabaterra-nın davamlı olaraq yüksək keyfiyyət və istehsal standartlarına sadiqliyinin göstəricisidir.

Qeyd edək ki, Tabaterra QSC 17 noyabr 2017-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçmişdir və öz məhsulları ilə yanaşı, Japan Tobacco International, British American Tobacco və Imperial Tobacco Group kimi şirkətlərin lisenziyası əsasında müxtəlif adda beynəlxalq tütün məmulatları istehsal edir.

JTI 130-dan çox ölkədə fəaliyyət göstərən beynəlxalq tütün və vapinq şirkətidir. Şirkət tütün məmulatlarının geniş çeşidinin, o cümlədən siqaret, siqar, yayma tütün, elektron siqaret və qızdırılan tütün məmulatlarının istehsalı və marketinqinə fokuslanıb. Şirkətin baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir. JTI, Sobranie, Winston, Camel, LD, Logic və Ploom kimi məşhur brendlərin sahibidir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda bu ərazidə başlayan yanğın söndürüldü

Next Post

Zelenski NATO Sammitindən ölkəsinin üzvlüyünün “işarəsini” gözləyir

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Zelenski NATO Sammitindən ölkəsinin üzvlüyünün “işarəsini” gözləyir

Zelenski NATO Sammitindən ölkəsinin üzvlüyünün “işarəsini” gözləyir

Yaponiyada Abenin öldürülməsinin birinci ilində…

Yaponiyada Abenin öldürülməsinin birinci ilində...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.