"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bu məzunların diplom balları obyektiv deyil – DİM

03 İyul 2023 - 18:49
in TƏHSİL

Subbakalavrların (kollec məzunu) diplom balları obyektiv deyil.

Bunu da oxuyun

Bakı məktəbindən nümunəvi addım

DİM imtahanlarla bağlı məlumat yaydı

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir

Elchi.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin ötən ilin yekunları ilə bağlı hesabatında bildirilib.

Qeyd olunub ki, subbakalavrların imtahan nəticələri zəif, histoqramlar isə sağtərəfli assimmetriyaya malikdir: “İmtahanın I mərhələsində iştirak edən 889 subbakalavrın topladıqları balların riyazi gözləməsi 83.26-ya bərabər olub, onların yarısı 78.1 baldan az bal toplayıb.

V ixtisas qrupuna müsabiqənin imtahanın I mərhələsinin nəticələri əsasında aparıldığını və bu mərhələdə ən azı 60 bal toplayanların müsabiqǝyǝ buraxıldığını nəzərə alsaq, imtahanda iştirak edən subbakalavrların 26.32%-i müsabiqə şərtini ödəməyib.

Subbakalavrların imtahanın II mərhələsində topladıqları balların paylanması təqdim olunub. Subbakalavrların yarısı mümkün olan 400 baldan heç 35-ni toplaya bilməyib və riyazi gözləmə 49.07-ya bərabər olub. I-IV ixtisas qruplarına aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün qoyulan minimal tələbi (imtahanın II mərhələsində ən azı 100 bal toplayanlar müsabiqəyə buraxılıblar) bu mərhələdə abituriyent kimi iştirak edən subbakalavrların cəmi 12.42%-i (58 nəfər) ödəmiş, qalan 87.58%-i isə 100-dən az bal toplayaraq minimal tələbi ödəyə bilməyib.

Subbakalavrların ali təhsil müəssisələrinə qəbulu üçün müsabiqə onların diplom balları əsasında aparılıb. Araşdırma göstərir ki, qəbul imtahanının I mərhələsində iştirak edən subbakalavrların diplom balları ilə onların imtahanda topladıqları ballar arasında heç bir stoxastik əlaqə yoxdur və korrelyasiya əmsalı 0.16-ya bərabərdir. Bu isə diplom ballarının obyektiv olmadığını və subbakalavrların ali təhsil müəssisələrinə qəbulunun onların hazırlıq səviyyələrinə görə deyil, təsadüfi qaydada aparılmasını göstərir.

Bir sözlə, imtahan vermədən ali təhsil müəssisələrinə qəbul olmaq imkanı əldə etmiş subbakalavrların hazırlıq səviyyəsi (imtahanın nəticələri əsasında) ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin hazırlıq səviyyəsindən çox aşağıdır. Bu isə ali təhsil müəssisələrində tədris zamanı müəyyən problemlərin ortaya çıxmasına səbəb ola bilər. Fikrimizcə, ali təhsil müəssisələrində subbakalavr kimi qəbul olanlar üçün xüsusi tədris planı hazırlanmalı və onların mütəxəssis kimi hazırlığı bu tədris planı çərçivəsində onlarla daha intensiv məşğul olmaqla həyata keçirilməlidir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Çində 1961-ci ildən bəri ən isti günlər

Next Post

“Qarabağ” türkiyəli hücumçu transfer edir

Bənzər yazılar

Bakı məktəbindən nümunəvi addım

Bakı məktəbindən nümunəvi addım

02 May 2024 - 18:17

30 aprel tarixində "Cığır" MDİD ictimai birliyi dövlətçilik siyasətinə və ənənələrinə sadiq qalaraq cəmiyyətdə müsbət sosial təsir yaratmağa hədəflənmiş növbəti...

DİM imtahanlarla bağlı məlumat yaydı

DİM imtahanlarla bağlı məlumat yaydı

02 May 2024 - 15:30

Dövlət İmtahan Mərkəzi mayın 5-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək. DİM-dən  Elchi.az-a bildirilib ki, imtahanlar...

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir

22 Aprel 2024 - 19:31

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə 23 aprel saat 11:00-da start veriləcək. Elchi.az xəbər verir ki, bu...

Birinci sinfə qəbul prosesi başlayır – Tarix

Birinci sinfə qəbul prosesi başlayır – Tarix

18 Aprel 2024 - 13:21

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq. Elchi.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Next Post
“Qarabağ” türkiyəli hücumçu transfer edir

“Qarabağ” türkiyəli hücumçu transfer edir

Zelenski cəbhədə vəziyyətin çətin olduğunu etiraf edib

Zelenski cəbhədə vəziyyətin çətin olduğunu etiraf edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.