Hazırda Azərbaycan 2022-2030-cu illləri əhatə edən yeni iqtisadi dövrə qədəm qoyur. Qarşımızda bununla bağlı yeni çağırışlar durur. 2022-2026-ci illər üzrə yeni inkişaf strategiyasının hazırlanması üçün Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və müvafiq qurumlar arasında məhsuldar müzakirələr keçirilib. Bu müzakirələr nəticəsində qarşıdakı çağırışları özündə əhatə edən ilkin büdcə çərçivəsi formalaşmaqdadır.
Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə çıxışı zamanı deyib.
“Bundan başqa, növbəti ilin büdcə layihəsi ölkədə sosial layihələrin həyata keçirilməsini özündə əhatə edir. Bütün bunlar dünya bazarında baş verən artımlar əhalinin mövcud durumuna təsirlərinin azaldılmasına yönəldilib”, – Cabbarov bildirib.
Nazirin sözlərinə görə, 2022-ci ilin dövlət büdcəsi minimum əmək haqqının, maaş və pensiyaların artırılmasına imkan verir.





