Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını müvəqqəti olaraq qadağan edib.
Elchi.az bu barədə xarici mediaya istinadən bildirir.
Bundan əvvəl, Polşa hökuməti Ukrayna ərzaq məhsullarının ölkəyə idxalını qadağan etmək qərarına gəlib. Bu, digər ölkələrə tranzitlə çatdırılmalara da aiddir.
Kiyevdə onlar bu qərardan narazı qalıblar. Aqrar Siyasət və Ərzaq Nazirliyi bunu əvvəlki razılaşmaların pozulması adlandırıb.
Fevralın əvvəlindən Polşa, Macarıstan, Rumıniya fermerləri Ukraynadan gətirilən taxılın ölkədə saxlanaraq satılması səbəbindən aktiv şəkildə etiraz aksiyası keçirirlər. Yalnız Polşada rəsmi məlumatlara görə, keçən il təxminən iki milyon tona yaxın taxıl idxal edilib.
Yeganə




