Rusiya 2024-cü ildə hücuma keçərək Odessa və Ukraynanın bütün Qara dəniz sahillərini ələ keçirə bilər. Elchi.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı öz proqnozuna istinadən xəbər verir.
Britaniyalı jurnalistlər Qərb ölkələrinin Ukraynadakı münaqişədən yorğunluqla bağlı bəyanatları fonunda Rusiya prezidenti Vladimir Putinin hücum əmri verəcəyini irəli sürüblər.
“Bu yaxınlarda Putin Odessanı “Rusiya şəhəri” adlandırdı ki, bu da hazırda son dərəcə iddialı olan bütün Qara dəniz sahillərinə nəzarət etmək üçün uzunmüddətli planlardan xəbər verə bilər, lakin görünür, vaxt azdır” – deyə nəşr qeyd edir.
Proqnoz müəlliflərinin fikrincə, dronlar və elektron müharibə sistemləri münaqişədə həlledici əhəmiyyətə malikdir. Rusiya istehsalı bu məsələdə Ukrayna istehsalından üstündür, Kiyev isə texnoloji sıçrayışa və Qərbin daimi köməyinə ehtiyac duyur. Telekanal bu məlumatlara əsaslanaraq, Ukraynadakı münaqişənin 2024-cü ildə bitməyəcəyi qənaətinə gəlir.
“Vladimir Putinlə ilin yekunları”nda Rusiya prezidenti Odessanı Rusiya şəhəri adlandırıb. “Odessa ümumiyyətlə Rusiya şəhəridir, biz bu haqda bilirik”,- deyə o qeyd edib.
Havar Şəfiyeva






