Yaponiyada 6,6 bal gücündə güclü zəlzələ baş verib, ondan sonra sunami təhlükəsi yaranıb. Elchi.az xəbər verir ki, bu barədə ölkənin baş meteorologiya idarəsinin saytında məlumat verilib.
Təbii fəlakət İzu arxipelaqının cənubunda səhər saat 11 radələrində baş verib. Zəlzələnin episentri Torişima adalar qrupu yaxınlığında 10 kilometr dərinlikdə yerləşib.
Mütəxəssislər dənizdə və ya sahildə olmağın bir metr hündürlüyündə sunami ilə bağlı təhlükəli olduğunu xəbərdar ediblər.
Bundan əlavə, meteoroloqlar qeyd ediblər ki, zəlzələdən sonra bir həftə ərzində eyni ərazidə müqayisə olunan gücdə təkanlar baş verə bilər. Mütəxəssislər həmçinin vətəndaşlara qarşıdakı iki-üç gün ərzində ayıq olmağı tövsiyə ediblər.
Havar Şəfiyeva






