Qərb ölkələrinin diqqətinin orada cəmlənməsi səbəbindən Yaxın Şərqdəki vəziyyətin fonunda Rusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişədə qalib gəldi. Elchi.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazıb.
“Dünyanın diqqətini Yaxın Şərqdəki müharibəyə yönəldən Vladimir Putin Ukraynada üstünlük təşkil etdi. Zaman onun tərəfindədir”, – deyə jurnalistlər Ukraynadakı vəziyyətə həsr olunmuş podkastda qeyd ediblər.
Material müəlliflərinin fikrincə, Rusiya şəxsi heyətin sayı və hərbi texnikanın miqdarı kimi üstünlüklərə malikdir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın Ukrayna ilə münaqişədə qələbəsinin tanınması mövzusunu qaldırıb. Avropa diplomatiyasının rəhbəri Xosep Borrelin Ukraynanın Rusiya üzərində qələbəsinin yaxın gələcəkdə gözlənilməməsinə dair sözlərinə cavab olaraq o, bunun Avropa İttifaqının Moskvanın qələbəsini tanıması anlamına gəlib-gəlmədiyini soruşub.
Havar Şəfiyeva






