Norveç Ukraynadakı münaqişədən 344 milyon kron qazanıb. Elchi.az xəbər verir ki, bu barədə “NRK” Norveç Ticarət İnstitutunun tədqiqatçılarının dissertasiyasına istinadən xəbər verir.
Tədqiqatçılar Eirik Hjalte və İda Elisabeth Oeberg Goslandın hesablamalarına görə, krallıq 2022-ci ildə Ukrayna böhranının nəticələrindən təxminən bu qədər qazanıb.
“Bu çox böyük rəqəmdir. Norveçin başqalarının bədbəxtliyindən qazanc əldə etməsi qınaq doğurur. Hökumət elə hərəkət edir ki, norveçli olmaq biabırçı olur”, – deyə Yaşıllar Partiyasının lideri Arild Hermstad araşdırmanın nəticələrini şərh edib.

Bundan əvvəl Norveç İmmiqrasiya Agentliyi ukraynalılara geri qayıtmaq üçün 17,5 min Norveç kronu ödəyəcəyini bildirib. Bildirilir ki, əgər qaçqının Norveçdə etibarlı yaşayış icazəsi varsa, lakin öz ölkəsinə qayıtmaq istəyirsə, o zaman Norveç rəsmilərinə qrant üçün müraciət etmək mümkündür.
Havar Şəfiyeva