Bolqarıstan Ukraynaya ən böyük hərbi yardım paketini təqdim edib. Elchi.az Lent.ru-ya istinadən xəbər verir ki, bu, Kiyevə ağır texnika ilə bağlı Sofiyanın ilk rəsmi qərarı olub.
Demokratik Bolqarıstan hakim koalisiyasından olan deputat İvailo Mirçevin sözlərinə görə, zirehli hərbi texnika Dirçəliş Prosesi zamanı alınıb və heç vaxt istifadə olunmayıb.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Sofiyaya səfəri zamanı Kiyevə lazım olan silahların siyahısını Bolqarıstan hakimiyyətinə təhvil verib. Respublikanın müdafiə naziri Todor Taqarevin sözlərinə görə, Ukrayna lideri hava hücumundan müdafiə sistemləri, ağır zirehli texnika və sahil raket sistemləri istəyib.






