"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Bu ölkə və onun prezidenti Firudin bəyə sahib çıxdı”

21 İyul 2014 - 23:56
in FLƏŞ

“Ən böyük təşəkkürlərdən biri Kəmaləddin Heydərova düşür”9389

Bunu da oxuyun

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Azərbaycanın görkəmli ziyalısı, keçmiş təhsil naziri Firudin Cəlilov ölümün pəncəsindən xilas edildi və o Ankaradakı müalicəsini başa vurub dünən vətənə döndü.

Moderator.az onunla əlaqə saxlayaraq gözaydınlığı verdi. Firudin bəy onun probleminin işıqlandırılmasında, daha doğrusu, səhhətiylə bağlı ilk olaraq həyəcan təbili çaldığımıza görə bizə təşəkkür elədi və bildirdi ki, bu işdə ən böyük cəfakeşliyi Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı etdi və ona da saytınız vasitəsilə bir daha minnətdarlıq edirəm.

Biz də Tənzilə xanımla danışdıq, öz adımızdan da təşəkkür etdik. İlk öncə bu barədə danışmaq istəmədi, ancaq bildirdik ki, məsələdən ətraflı məlumatlıyıq və Firudin bəylə bu barədə söhbətləşmişik, bundan sonra razılaşdı:

“Vallah belə şeyləri danışmaq və ictimailəşdirmək doğru deyil.Biz Firudin bəyin ailə dostuyuq. Onun xanımı mənim dostumdu. Firudin bəyin xəstəliyi, yəni ilk əməliyyatından tutmuş son əməliyyatına qədər baş verənlərin şahidi olmuş adamam. Ötənlərdə bir dəfə də prezident kömək etmişdi, lap ilk dəfə Moskvaya müalicəyə gedəndə Sabir bəylə mən kömək etmişdim. Amma bunu heç vaxt nə açmışıq, nə ağartmışıq. Bilirsiniz, bu belə şeydir ki, onu dilə gətirməyə adam utanır. Firudin bəy də götürüb mənim adımı yazıb, mən onun özünə dedim ki, bunu yazmayın. Amma əsas odur ki, Firudin bəyə bu ölkə və onun prezidenti sahib çıxdı. Firudin bəyin xəbəri olmadan onun müalicəsi üçün çox adama müraciət etmişdilər, Sabir bəylə bir neçə millət vəkili də müraciət etmişdi. Yəni çoxsaylı müraciətlər olsa da onun xəstəliyi elə ağırlaşmışdı ki, gözləməyə zamanı yox idi. Hər gün onun ömründən gedirdi. Çünki onun məsələsi çox ciddi idi. Mən onun ailəsində vəziyyətini bilən adam kimi deyirəm. Xanımı dedi ki, Tənzilə xanım, Firudin bəy əldən gedir, bir şey etməyiniz lazım. Vallah mən bilirdim ki, çoxsaylı müraciətlər olub müxtəlif yerlərə, Sabir bəy də çox ciddi həyəcan keçiriridi bu günlər. Bilirsiniz, adam birini xilas etmək üçün əli bir şeyə çatmayanda çox gərgin olur. Bizim də əlimizdə nə imkan vardısa Firudin bəy üçün edəcəkdik. Onun əməliyyatı çox böyk maddi vəsait tələb etdiyindən çevrəmdəki bütün dostlara müraciət etmək fikrindəydim. Amma mən belə ağlır günlərdə bir neçə dəfə şahidi olmuşam ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov bir çox adama, xüsusən də Azərbaycanın bir çox görkəmli ziyalılarının dadına çatıb,  yəni onu insanların qayğısına qalan bir adam kimi mən onu uzun illərdi tanıyıram. Mən də onu ümid yeri bilib müraciət etdim. Çünki Firudin bəy görkəmli ziyalıdır və Kəmaləddin məllim də onun vətən qarşısındakı xidmətlərini bilir. Hansı əqidəsindən və siyasi baxışlarından asılı olmayaraq Firudin bəyi xilas etmək lazım idi və mən də müraciət etdim ki, onun vəziyyəti çox ciddidir. Düşünürdüm ki, Firudin Cəlilovun maddi vəsait çatışmazlığı üzündən başına bir iş gəlsəydi, bu Azərbaycanın ayıbı olardı. Mən öz adıma bunu düşünürdüm ki, bu bizim ayıbımız olar. Vaxt yox idi, baxmayaraq ki, onunla bağlı ən yüksək səviyyədə müraciət olunsa da bir xəbər çıxmamışdı və görünür prezidenti bu barədə məlumatlandırmamışdılar. Mən o məsələnin detallarını bilirəm, amma bunu deməyin yeri yoxdur, əsas odur ki, Firudin bəy xilas edildi.

Deməyim odur ki, məsələyə ən qısa zamanda müdaxilə olunmasaydı gecikəcəkdik. Mən onsuz da bununla bağlı bir yazı hazırlayırdım, amma indi sizə deyirəm, əgər Firudin bəylə söhbət etməsəydiniz, heç onu da deməyəcəkdim. Mən Kəmaləddin Heydərova müraciət etdim və o da həmən göstəriş verdi, ardınca ambulans göndərildi və Gömrük Xəstəxanasına qaldırdılar. Bütün analizlərdən və məsləhətləşmələrdən sonra qərara gəlindi ki, Firudin bəy Bakıda müalicə olunası deyil. O mütləq əməliyyat olunmaq üçün Ankaraya getməlidir. O zaman da hörmətli prezidentin maddi dəstəyi ilə əməliyyat olunmuşdu. O vaxt Sona Vəliyeva və Əli Həsənovun çox ciddi köməyi olmuşdu. Mən onlara da təşəkkür edirəm. Bilirsiniz, bu günədək bunu bəlkə də çox az adam bilir və onlar heç vaxt açıb-ağartmadılar, amma mən işin içindəyəm. Mən bir şeyi gördüm ki, belə anlarda prezident İlham Əliyev məsələyə necə qayğı ilə yanaşır. Heydər Əliyev də belə idi. O da Azərbaycanın ziyalı kəsiminə çox ciddi dəyər verirdi. İnanın ki, o həmin adamların hansı əqidəyə xidmət etdiyinə, siyasi baxışlarına baxmazdı, o düşünürdü ki, bu adam Azərbaycan ziyalısıdır və onu xilas etmək lazımdır. Ona görə də hesab edirəm ki, birinci təşəkkür prezident İlham Əliyevə düşür. O Firudin bəyi Azəbaycan dövlətinin himayəsinə aldı və müalicəsini təşkil etdi. Eyni zamanda bu işdə ən böyük təşəkkürlərdən biri Kəmaləddin Heydərova düşür. Çünki mən onunla danışdım, onun bu məsələyə çox ciddi reaksiya verməsi və “bunu cənab prezident elədi, təşəkkürlər mənə yox, ona düşür” deməsi də bir daha göstərdi ki, o prezidentə nə dərəcədə sədaqətlə xidmət edir.  Bu çox önəmlidir, hər kəs bu ürəyin sahibi deyil, o başqaları kimi “mən elədim” demədi.

Firudin bəy Ankaradan qayıdıb gələn kimi də gedib ailəlikcə ziyarət elədik. Onu çox gümrah gördüm, səsi çox gözəl idi. Firudin bəyin əvvəlki durumunu görmüşdüm deyə fərqi dərhal gördüm. Demək olar ki, Firudin bəyi xilas elədilər.”

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Eldar hamını otelə yığdı

Next Post

İsrailin rütbəli zabiti öldürüldü

Bənzər yazılar

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

15 Mart 2024 - 10:00

Ermənistanda Bakıda həbsdə olan separatçıların AzTV-də yayımlanacaq müsahibələri ilə bağlı müzakirələr davam edir. Martın 28-də efirə gedəcək sənədli filmdə Araik...

Next Post

İsrailin rütbəli zabiti öldürüldü

Prezident “Norm”a qoyulan vəsaitin məbləğini açıqladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.