“ABŞ-da 43 milyon insanın tələbə kerditləri üzrə borcu var. Borcun ümumi məbləği 1,6 trilyon dollardır”.
Elchi.az xəbər verir ki, bunu Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli FB hesabında yazıb.
O, qeyd edib ki, Amerika universitetləri qiymətləri son on illərlərdə fantastik saviyyələrə qaldırıblar:
“2001-ci ildən indiyədək istehlak qiymətləri indeksi üzrə orta inflyasiya 56% olub. Buna baxmayaraq, eyni müddətdə (son 20 ildə) universitetlərdə təhsil haqları 200-300% artıb. Nəticədə insanların təhsil haqqı üzrə kredit borcları bu günkü səviyyəyə – 1,6 trilyon dollara çatıb. Bayden höküməti bu günlərdə qərar verib ki, ildə 125 min dollardan az maaş alan şəxslərin 10 min dollaradək olan təhsil haqqı borcu silinsin.
ABŞ-da ən reytinqli universitetlərdə illik təhsil haqqı 50 000-60 000 dollar arası dəyişir. Bu da 4 ildə təxminən 200 min dollardan çox pul deməkdir. Bu yalnız təhsil haqqıdır, yaşayış xərcləri bura daxil deyil”.
Şayəstə




