Avropa və Şimali Afrikanı yandıran isti dalğası bəzi yerlərdə rekord həddə çata bilər.
Elchi.az xəbər verir ki, İspaniya, Fransa, Yunanıstan, Xorvatiya və Türkiyədə temperatur 40 dərəcəni keçə bilər.
İtaliyada Florensiya və Roma da daxil olmaqla on şəhər üçün qırmızı təhlükə elan edilib.
Burada temperaturun 48,8 dərəcəyə çata biləcəyi təxmin edilir. Çərşənbə axşamı ölkənin şimalında 40 yaşlarında bir kişi ölüb.
İtaliya mətbuatı Lodi şəhərində piyada keçidi üçün asfalt çəkən şəxsin huşunu itirərək aparıldığı xəstəxanada dünyasını dəyişdiyini yazıb.
İtaliyalı siyasətçi Nikola Fratoianni vəziyyəti “Dözülməz isti dalğası ilə üz-üzəyik” mesajı ilə paylaşıb.
Lodidəki ölüm hadisəsinə toxunan Fratoianni qeyd edib ki, ən isti saatlarda baş verə biləcək faciələrin qarşısını almaq üçün hərəkətə keçməyin vaxtı çatıb.
Şayəstə Hüseynova




