Böyük Britaniya hökumətinin bəyanatında deyilir ki, iyulun 12-də NATO-nun Vilnüsdə keçiriləcək sammiti çərçivəsində G7 ölkələrinin Ukraynanın uzunmüddətli təhlükəsizlik tədbirləri üçün beynəlxalq çərçivəni elan edəcəyi gözlənilir.
Elchi.az bu barədə “Reuters”a istinadən xəbər verir.
Sənəddə deyilir: “Böyük yeddiliyin bütün üzvləri tərəfindən imzalanması gözlənilən birgə bəyannamə, müttəfiqlərin müharibəni dayandırmaq üçün qarşıdakı illərdə Ukraynanı necə dəstəkləyəcəklərini, həmçinin gələcək hücumların qarşısını almaq və onlara cavab verəcəklərini müəyyən edəcək”.
Böyük Britaniyanın baş naziri Rişi Sunak da qeyd edib ki, tərəfdaş ölkələr uzunmüddətli perspektivdə Ukraynanı qorumaq üçün rəsmi razılaşmaları gücləndirirlər.
Qeyd edək ki, bundan əvvəl Ağ Evdə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin dərc olunacağı tarix də açıqlanıb.
Havar Şəfiyeva






