
Paylaşım və şəkillərin belə geniş yayıldığı bir dövrdə yəqin ki, şəkil qadağasının olduğu ağlınıza da gəlməzdi. Amma bəzi ölkələrdə müəyyən qrup şəkillərin çəkilməsinə görə həmin ölkədən deportasiya oluna bilərsiniz.
Elə amerikan fotoqrafı Erik Laffroq kimi… Fotoqrafın Şimali Koreyaya girişi qadağan olunub. Səbəb isə gizli kamera ilə qadağan olunmuş kadrları çəkib paylaşmasıdır.
Qadağalar isə üz cizgilərində kədər, sarsıntı, səfalət ifadəsi olan insanların, uşaqların, işçilərin şəkillərinədir. Şimali Koreya hökuməti bunu özünə təhqir hesab edir. Bu sıraya həm də pis geyimdə olan insanlar, əsgərlər və Kim İr Senin heykəlinin arxadan çəkilməsi aiddir. Ümumiyyətlə Şimali Koreyaya yolunuz düşərsə, təhlükəsizliyiniz üçün şəkil çəkməməyə çalışın.(qaynar)
Orta Şərqdə isə icazə almadan qadınların şəklini çəkə bilməzsiniz. Burada Şimali Koreyanın əksinə olaraq var-dövləti, şan-şöhrəti görüntüləmək qadağandır.
Yaponiyada isə dini obyektlərin, Allahların bütlərinin şəkillərini çəkmək qadağandır. İnanclarına görə bu insanlar “Allahın qəzəbinə tuş gələ bilər”.
Amerikada uşaqların şəklini çəkmək qadağan olunub. Ümumiyyətlə ABŞ-da xüsusən uşaq paradları zamanı kişilərin onlara yaxınlaşması xoş qarşılanmır.



