"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bu ölkənin 65-ə yaxın şirkəti Qarabağda… – Sədr

24 Avqust 2022 - 16:44
in İQTİSADİYYAT

Azərbaycanda əlverişli biznes mühiti yaradılıb və ölkəmizdə 15 mindən çox xarici kapitallı şirkətin qeydiyyatdan keçməsi, onların arasında Qazaxıstan kapitallı iki yüzdən çox şirkətin (sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrində) olması buna sübutdur.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Elchi.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının birinci iclasında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov deyib.

“Xüsusilə işğaldan azad edilmiş ərazilərdə biznes layihələrinin həyata keçirilməsinin mümkünlüyünü qeyd etmək istərdim. Qarabağ bölgəsi müxtəlif sahələrdə, o cümlədən turizm, kənd təsərrüfatı, energetika sahəsində zəngin potensiala malikdir. Bu günə qədər Agentliyimizə bu regionda biznes qurmaq istəyən xarici şirkətlərdən 1 100-dən çox müraciət daxil olub. Sevindirici haldır ki, onların arasında 65-ə yaxın müraciət Qazaxıstan şirkətlərinə aiddir”, – deyə o, qeyd edib.

KOBİA sədrinin sözlərinə görə, ənənəvi biznes forumlarından fərqli olaraq, bu İşgüzar Şuranın platformasının daimi əsasda fəaliyyət göstərməsi və Azərbaycan və Qazaxıstan sahibkarları arasında birbaşa əlaqələri genişləndirməsi, birgə və uzunmüddətli layihələr həyata keçirməsi tədbir üçün xüsusi əhəmiyyət kəsb edir:

“Ölkələrimiz arasında ticarət əlaqələrinin dinamikasına müsbət təsir göstərir. Bugünkü görüş Qazaxıstan prezidentinin səfəri çərçivəsində baş tutduğu üçün əlamətdardır. Əminəm ki, zaman keçdikcə İşgüzar Şuranın fəaliyyətinin nəticələrinə əsasən, hər iki tərəfdən iştirakçıların tərkibi artacaq. Zəngin təcrübələrinə əsaslanaraq Şuranın qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün mümkün olan hər şeyi etməyə qadir olan həmsədrlərin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edəcək. Agentliyimiz də öz növbəsində bu səylərin uğurla həyata keçirilməsi və hər iki tərəfin biznes icmalarının yaxın gələcəkdə yüksək keyfiyyətli və konkret nəticələr əldə etməsi üçün mümkün olan hər şeyi etməyə hazırdır. Əminəm ki, Biznes Şurasının formatı biznes qurumları arasında birbaşa qarşılıqlı fəaliyyətə, qarşılıqlı faydalı layihələrə investisiyaların cəlb edilməsinə, eləcə də birgə müəssisələrin yaradılmasına müsbət təsir göstərəcək.

Bu gün Agentlik və “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi SC arasında əməkdaşlıq sahələrini müəyyən edən Memorandum imzalanacaq ki, bu da ölkələrimizin biznes strukturları arasında əlaqələrin inkişafına töhfə verəcək. Sonda mən gələcək səmərəli tərəfdaşlığa əminliyimi bildirmək, eləcə də hər iki tərəfin sahibkarlarını fəal dialoqa və ümumi maraqların müəyyənləşdirilməsinə çağırmaq istərdim”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İqtisadçı qiymət artımının azaldılması üçün ÇIXIŞ yollarını dedi

Next Post

Əliyev və Tokayev geniş tərkibdə görüşdü – Yenilənib

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Əliyev və Tokayev geniş tərkibdə görüşdü – Yenilənib

Əliyev və Tokayev geniş tərkibdə görüşdü - Yenilənib

Son sutkada neçə nəfər koronaya yoluxub?

Son sutkada neçə nəfər koronaya yoluxub?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.