"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Bu qərarın Prezidentlərin görüşü ərəfəsində verilməsi danışıqlara pozitiv təsir edəcək” – Qüdrət Həsənquliyev

22 Aprel 2024 - 10:55
in Cebhe-banner, SİYASƏT
#image_title

#image_title

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibə verib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az həmin müsahibəni oxuculara təqdim edir:

– Qüdrət bəy, ABŞ-ın Ukraynaya 61 milyard yardım ayırması Ukraynanın müharibədə qələbəsini və ərazi bütövlüyünü bərpa etməsini təmin edə bilərmi?

– Sözsüz ki, yox. Bu yardım Ukraynanın kapitulyasiyasının qarşısını almaq, onu müharibəni bir müddət də davam etdirməsinə inandırmaq, ruhlandırmaq üçündür, yardımın həcmi və ayrılan vəsaitin qarşılığında göndəriləcək silah-sursat qələbə üçün yetərli deyil. Dəfələrlə demişəm, Ukraynanın qələbəsi üçün ABŞ arsenalında olan ən müasir silahları, ikinci dünya müharibəsində SSRİ-yə verdiyi kimi, Ukraynaya verməlidir. Həm də Ukraynanın istədiyi miqdarda. Hələ mən ikinci cəbhənin açılmasını demirəm. Hələlik görunən odur ki, kollektiv Qərb hansısa mərhələdə Ukraynanı ciddi güzəştlərə məcbur edəcək. Ukraynada çoxları artıq bunu anlayır.

– Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılmasına münasibətiniz necədir?

– Mən Rusiya sülhməramlılarını Azərbaycanın dövlət suverenliyinə təhdid hesab etmirdim və əmin idim ki, zamanında gedəcəklər. Qarabağın erməni sakinlərinin köçüb getməsindən və geri qayıdıb Azərbaycanın yurisdiksiyasında yaşmaq istəməmələrindən sonra Rusiya sülhməramlılarının uzun müddət orda qalması erməni revanşistlərə ümid verirdi ki, Rusiya mövqeyini dəyişə bilər və onlar revanş götürə, yenidən bizim torpaqları işğal edə bilərlər. Bu isə Ermənistanla münasibətlərin tənzimlənməsində əlavə gərginliyə səbəb olurdu. İşğal altında qalmış 4 kəndimizin azad olunmasına dair Ermənistanla delimitasiya haqqında sənədin imzalanmasının Rusiya sülhməramlılarının bölgədən çıxarılmasına dair Rusiya ilə razılaşmadan dərhal sonraya təsadüf etməsi də bunun təsdiqidir. Ona görə Prezidentin bu prosesi sürətləndirməsi və Rusiya tərəfinin bunu anlayışla qarşılaması təqdirəlayiqdir.

– Niyə Rusiya buna razılaşdı? Çoxları Rusiyanın Azərbaycanda hərbi iştirakını uzun müddət davam etdirəcəyini düşünürdü. Hətta, Rusiyanın bəzi ekspertləri bunu az qala Rusiyanın məğlubiyyəti kimi qiymətləndirdi.

– Əvvəla, Rusiya əmin oldu ki, Azərbaycan başqa şərtlər altında ermənilərin Azərbaycana qayıdışına, onlara beynəlxalq təhlükəsizlik zəmanəti altında hər hansı siyasi muxtariyyətin verilməsinə heç vaxt razılaşmayacaq. Bundan başqa, mən həmişə Azərbaycan hökumətini Qarabağın işğalına son qoyulması üçün Ermənistanla yox, Rusiya ilə danışıqlar aparmağa çağırırdım. Söyləyirdim ki, Rusiyanı inandırmalıyıq ki, o özünün bölgədə iştirakını və nüfuzunu etnik münaqişələrin mövcudluğunda və hərbi iştirakda görməsin. Bu gün Rusiya ilə Azərbaycan arasında etimadlı münasibətlər qurulub, hər iki ölkə regional əməkdaşlığın genişləndirilməsi üçün birgə çalışır və bunu öz ölkələrinin maraqlarına uyğun hesab edirlər. Azərbaycan torpaqları işğal altında qaldıqca bunu indiki səviyyədə etmək mümkünsüz idi. Rusiya Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında və qorunmasında maraqlı görünür və bu, alqışlanmalıdır. Rusiya münaqişədə öz neytrallığını saxlamaqla Azərbaycanın öz ərazi bütövlüyünü az qan tökülməklə bərpa etməsinə töhfə vermiş oldu. Hesab etmirəm ki, Rusiya öz sülhməramlılarını vaxtından əvvəl çıxarmağa bəzilərinin iddia etdiyi kimi Ukrayna savaşında zəifləməsinə görə gedib. Bu qərarın Prezidentlərin görüşü ərəfəsində verilməsi danışıqlara pozitiv təsir edəcək, regionda təhlükəsizliyə və hər iki ölkənin mənafelərinə uyğun əməkdaşlığın genişləndirilməsinə yol açacaqdır. Rusiya böyük qonşumuzdur, bizi tarixi, humanitar əlaqələr bir-birimizə bağlayır. Siyasi hakimiyyətlərdən asılı olmayaraq biz həmizə Rusiya ilə yaxından əməkdaşlıqda maraqlı olmalı, rusları narazı salan şərhlərdən yayınmalıyıq. Azərbaycan Türkiyə ilə birlikdə Ukraynada savaşa son qoyulması üçün Rusiya və Ukrayna ilə dost münasibətlərindən istifadə etməli, bu istiqamətdə ciddi səy göstərməlidir. Baxmayaraq ki, indiki mərhələdə sülhün əldə olunması olduqca çətin görünür.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Qaraca qız” əsəri əsasında hazırlanacaq tamaşanın məşqləri davam edir

Next Post

Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Next Post
Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək

Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək

Azərbaycan XİN diplomatik əlaqələrin 30 illiyi münasibətilə Əlcəzairi təbrik edib

Azərbaycan XİN diplomatik əlaqələrin 30 illiyi münasibətilə Əlcəzairi təbrik edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.