"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Bu qətnamə ikiüzlülük, yalan, böhtan və riyakarlığın ən bariz göstəricisidir” – POLİTOLOQ

06 Oktyabr 2023 - 14:32
in MANŞET, MÖVQE, ÖNƏMLİ, SİYASƏT

“Avropa Parlamentinin hansısa dövlətə sanksiyalar tətbiq etmək hüququ yoxdur. Avropa Parlamentinin dünən Azərbaycan qarşı sanksiyalara çağıran sənədi sadəcə bir qətnamədir və hüquqi baxımdan məcburi funksiyalı sənəd deyil, yəni başqa sözlə Avropa İttifaqı dövlətləri üçün məsləhət xarakteri daşıyır.
Qəbul olunan Qətnamədə “Azərbaycanın “Dağlıq Qarabağ” ermənilərinə qarşı əvvəlcədən planlaşdırılmış və əsassız hərbi hücumunun qəti şəkildə pislənməsindən”, “mövcud vəziyyətin etnik təmizləmə təşkil etməsindən”, “Laçın dəhlizinin blokadasının dərhal götürülməsi tələbindən”, qarabağlı ermənilərin “təhlükəsizliyini və rifahını təmin etməkdən ötrü təcili olaraq beynəlxalq təminatların verilməsindən”, “Rusiya sülhməramlı qüvvələrinin təcili olaraq BMT-nin sülhməramlı missiyası ilə əvəzlənməsindən” tutmuş separatçı xuntasının saxlanaraq Bakıya gətirilmiş rəhbərlərinin “dərhal azad olunması”na qədər nə desəz var”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

O, həmçinin əlavə edib ki, qətnamə bir sözlə ikiüzlülük, yalan, böhtan və riyakarlığın ən bariz göstəricisi hesab oluna bilər:

“Sözsüz ki, Avropa Parlamentindən Azərbaycanla bağlı obyektiv və real qətnamə gözləmək özü sadəlövhlük olardı. Çünki bu qurum Avropadakı təşkilatlar və siyasi institutlar arasında ən qatı anti-Azərbaycan mövqeyi olan bir qurumdur. Amma bu dəfəki Qətnamə ümumiyyətlə heç bir çərçivəyə sığmır. Hətta iş o yerə çatıb ki, Qətnamədə Azərbaycanı dəstəkləyən ölkələrə qarşı belə hədələr yer alıb. Məsələn Macarıstan Avropa İttifaqı ölkələrinin birgə bəyanatına veto qoyduğu üçün tənqid olunur, Türkiyə Prezidenti Ərdopan isə “imperialist gündəm irəli sürdüyünə” görə qınanır.
Nəticədə Avropa İttifaqı ölkələrindən “Azərbaycan hökumətindəki şəxslərə qarşı məqsədyönlü sanksiyalar tətbiq etmək”, Aİ ölkələrindən Azərbaycandan təbii qaz almamaq, Azərbaycandan Aİ-yə bütün neft və qaz idxalının dayandırılması istənilir”.

R.Bayramov açıqlamasında
Avropa İttifaqı ölkələrinin bu Qətnaməyə hə deyəcəkləri və Azərbaycan qarşı hansısa sanksiyalar tətbiq edəcəyi faktiki olaraq mümkünsüz olduğunu və inandırıcı olmadığını bildirib:
“Bu gün Azərbaycan qazına, neft məhsullarına ehtiyac duyan və Azərbaycan qazını almaq üçün dəridən-qabıqdan çıxn Avropa ölkələrinin belə bir qərar qəbul etməsi ilk növbədə onların özü üçün ağır nəticələr verə bilər. Çünki Azərbaycanın öz qazını da, neft məhsullarını da satması üçün kifayət qədər bazarlar mövcuddur. Bunu həyasızcasına anti-Azərbaycan mövqeyi sərgiləyən Avropa Parlamenti üzvləri də kifayət qədər yaxşı başa düşürlər. Hətta öz anti-Azərbaycan mövqeyi ilə hər kəsi üstələmiş Makron belə dünənki açıqlamasında sanksiyaların zamanı olmadığını, bunun əks effekt verə biləcəyini deyib. Odur ki, Avropa Parlamentinin sanksiyalarla bağlı çağırışına və ümumiyyətlə qəbul olunmuş Qətnaməyə sadəcə bir kağız parçası kimi baxmaq lazımdır.
Bu yalnız və yalnız uğursuz təzyiq cəhdidir. Avropa Parlamenti də, digərləri də anlamalıdırlar ki, rəsmi Bakıya təzyiq göstərmək cəhdləri, pressinq tətbiq etmək istəkləri mənasızdır.
Onu da qeyd edim ki, Avropa Parlamentinin bu qətnaməsi əslində Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması prosesində Avropa İttifaqının vasitəçilik cəhdlərinə və ümumiyyətlə, həmin missiyaya vurulan ən ağır zərbələrdən biridir”.

Politoloq son olaraq Avropa İttifaqının və Avropa Parlamentinin Bakı-İrəvan danışıqları ilə münasibətləri, eləcə də Qarabağdakı separatçı rejimə son qoyulması məsələsində yeganə obyektiv mövqeyi ərazi bütünlüyü, sərhəd toxunulmazlığı və suverenlik prinsiplərinin olduğunu qeyd edib.

Havar Şəfiyeva

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

DXR Zelenskinin təxribatlarının məqsədini açıqlayıb

Next Post

Ankara Suriya və İraqda hava əməliyyatına başlayır

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Next Post
Ankara Suriya və İraqda hava əməliyyatına başlayır

Ankara Suriya və İraqda hava əməliyyatına başlayır

Ölkəmizə sanksiyalar  tətbiq olunarsa, iqtisadiyyatımıza necə təsir göstərəcək?

Ölkəmizə sanksiyalar tətbiq olunarsa, iqtisadiyyatımıza necə təsir göstərəcək?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.